/ / İsrailin “Jerusalem Post” qəzeti özünün və “Haaretz” nəşrinin Azərbaycana qərəzli mövqeyini etiraf edib
İsrailin “Jerusalem Post” qəzeti özünün və “Haaretz” nəşrinin Azərbaycana qərəzli mövqeyini etiraf edib
26.12.2014 [09:58]
Xəbər verdiyimiz kimi, İsrailin “Jerusalem Post” və “Haaretz” qəzetlərində ölkəmizlə bağlı dərc edilən heç bir əsası olmayan, böhtan xarakterli məqalələr Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Bu yazıların İsrail-Azərbaycan münasibətlərinə kölgə saldığını başa düşən “Jerusalem Post” qəzeti ölkəmizə qarşı qərəzli mövqeyini dekabrın 24-də “Yerusəlim-Bakı: vacib strateji, iqtisadi münasibətlər” sərlövhəli məqaləsində etiraf edib. AzərTAc məqalənin xülasəsini təqdim edir.
“Jerusalem Post” yazır: “İsrailin Azərbaycan ilə əlaqələri hər iki ölkə, həmçinin ümumilikdə Qərb üçün vacib strateji və iqtisadi üstünlüklərə malikdir. Bu yaxınlarda İsraildə Azərbaycanın daxili məsələlərini tənqid edənlər bu münasibətlərin əhəmiyyətini anlamalıdırlar”.
Məqalədə deyilir ki, “Haaretz” qəzetində Yair Auronun Ermənistan-Azərbaycan münaqişəsini yanlış təhlil etməsi, həmçinin həmin qəzetdə Anşel Fefferin və “Jerusalem Post” qəzetində Yossi Melmanın Azərbaycanda insan hüquqları ilə bağlı qərəzli fikirlər söyləmələri İsrail-Azərbaycan münasibətlərinin hər iki tərəf üçün daşıdığı iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı, bu münasibətlərin gələcəkdə Qərb dəyərlərinin regionda inkişaf etməsindəki əhəmiyyətinin də yanlış anlaşılmasına səbəb olub.
İsrail-Azərbaycan əlaqələrinin praktiki və iqtisadi əhəmiyyətindən danışan “Jerusalem Post” yazır ki, bu əlaqələrin ən vacib aspekti enerjidir. 1973-cü ildə İsrailə qarşı tətbiq edilən neft embarqosundan təngə gələn bir çox israillilər hələ də bilmirlər ki, onların idxal etdikləri neftin 40 faizi Azərbaycandan alınır. Bu, İsrailin enerji təhlükəsizliyi probleminin həllinin əsas yoludur. İldə 2,5 milyard dollar ticarət dövriyyəsi ilə İsrail Azərbaycanın altıncı ən böyük neft alıcısıdır.
Qəzet yazır: “Xəzər dənizindəki zəngin təbii qazını İtaliyaya çatdıracaq əsas kəmərin (“Cənub” qaz dəhlizi) istifadəyə verilməsi ilə yaxın gələcəkdə Azərbaycan Avropanın enerji bazarında mühüm rol oynayacaq. İsrail həmin xəttə çıxış imkanı əldə etmək və Leviathan yatağının təbii qazını Avropa bazarına çıxarmaq potensialına malikdir. Daha geniş strateji baxımdan yanaşsaq, Azərbaycan İsraillə fəal şəkildə əməkdaşlıq edən və ticarət əlaqələri olan az sayda müsəlman və İsrailin regiondakı bir neçə dost ölkəsindən biridir”.
Azərbaycanın tolerantlıq məkanı olduğunu xüsusi vurğulayan “Jerusalem Post” qeyd edir: “Azərbaycan regionun mədəni cəhətdən nadir ölkəsidir. Azərbaycan vətəndaşlarına din azadlığı verən, din və dövləti tamamilə ayıran dünyəvi ölkədir. Azərbaycan yəhudilərin dini inanclarına görə heç vaxt təqib olunmadığı, yəhudi icmalarının çox fəal olduğu az sayda ölkələrdən biridir. Azərbaycan həm də qadınların hüquqlarını fəal şəkildə müdafiə edir. Azərbaycan qadınlara və kişilərə, hətta ABŞ və Avropadan da əvvəl bərabər hüquqlar verən ilk ölkələrdən biridir”.
Məqalənin sonunda vurğulanır ki, İsrail-Azərbaycan əlaqələrini yalnız iqtisadi mənada başa düşmək, yaxud bu əlaqələrin kəsilməsini tələb etmək uzağı görə bilməməkdir. Yerusəlim ilə Bakının nadir dostluq əlaqələrinə nəinki mane olmaq, əksinə, bu dostluğa daha da rəvac vermək vacibdir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53

