Məzahir Pənahov: Bütün bələdiyyələrdə tərkib formalaşmış sayılır
25.12.2014 [09:39]
Dekabrın 24-də saat 4:00-da artıq bütün bələdiyyələr üzrə ilkin məlumatlar Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Bütün bələdiyyələrdə tərkib formalaşmış sayılır, 15 min 35 lider üzv müəyyənləşib.
AzərTAc xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 24-də keçirdiyi mətbuat konfransında söyləyib.
MSK sədri deyib ki, bələdiyyə seçkilərində 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14 nəfəri səsvermədə iştirak edib. Yəni, seçici fəallığı 38,93 faiz təşkil edib. Bu da yüksək göstəricidir, ötən bələdiyyə seçkiləri ilə müqayisədə 6-7 faiz artıqdır.
M.Pənahov diqqətə çatdırıb ki, dekabrın 23-də bütün gün ərzində məntəqələrdə səsvermənin gedişi, seçicilərin fəallığı, müşahidəçilər, namizədlər, onların nümayəndələri və digər seçki subyektlərinin məntəqələrdəki fəaliyyəti MSK-nın diqqət mərkəzində olmaqla həm də operativ şəkildə ictimaiyyətə çatdırılırdı: “Bütün məntəqələr Azərbaycan seçicilərinin konstitusion hüquqlarının həyata keçirilməsi üçün tam hazırlıqlı vəziyyətə gətirilmişdi. Dünən bir daha təsdiq olundu ki, Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə təşkil edilmişdi”.
MSK sədri qeyd edib ki, seçkilərdə 1 yerə 2,5 namizədin olması böyük göstəricidir. Seçicilərin fəallığı da nəzərə alınarsa, bu, Azərbaycan vətəndaşlarının müstəqil dövlətimizə etimadının göstəricisidir: “Artıq seçki ilə bağlı səsvermə də daxil olmaqla, böyük mərhələ arxada qalıb. Bu gündən başlayaraq MSK-ya nəticələr haqqında protokollar daxil olacaq”.
Bildirilib ki, indiyədək Komissiyaya rəsmi müraciət daxil olmayıb, lakin “qaynar xətt”ə 150-yə yaxın sorğu və məlumat xarakterli zənglər daxil olub və bunlar da operativ şəkildə cavablandırılıb.
M.Pənahov vurğulayıb ki, yerlərdə səsvermənin gedişində müşahidəçilər, KİV-lərin nümayəndələri ilə bağlı hansısa xoşagəlməz halların baş verməməsi sevindirici haldır və bu da MSK-nın keçirdiyi çoxsaylı maarifləndirmə tədbirlərinin nəticəsidir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

