Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb
24.12.2014 [10:10]
Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb və bütün məntəqələr bağlanıb. Seçki dairələrindən Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan məlumatlara əsasən, 1 milyon 876 min 14 seçici səsvermədə iştirak edib.
AzərTAc xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Bildirilib ki, Azərbaycanda sayca dördüncü olan bələdiyyə seçkiləri işğal altındakı ərazilər istisna olmaqla digər ərazilərdə, yəni, 118 seçki dairəsi üzrə 5015 məntəqədə keçirilib. Bütün məntəqələr vaxtında açılıb və gün ərzində seçki prosesi Seçki Məcəlləsinin tələbinə uyğun olaraq keçirilib. Saat 19:00-da Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, məntəqələr bağlanıb və səslərin sayılmasına başlanıb. Məntəqələr üzrə protokollar tərtib edildikdən sonra nəticələr MSK-nın internet səhifəsində yerləşdirilib.
Ümumilikdə bütün məntəqələrdə səsvermə normal şəraitdə keçib. Müşahidəçilər bütün məntəqələrdə həm səsvermənin gedişini, həm də səslərin sayılması prosesini izləyiblər. Gün ərzində seçicilərin fəallığı ilə bağlı MSK beş dəfə ictimaiyyətə məlumat verib. Saat 19:00-da məntəqələr bağlanarkən səsvermədə iştirak etmiş seçicilərin sayı 1 milyon 876 min 14 nəfər və yaxud ümumi seçicilərin 38,93 faizini təşkil edib. Hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir.
M.Pənahov bildirib ki, ilkin nəticələrə görə, artıq 1024 bələdiyyə (64 faiz) formalaşmış sayıla bilər. Lider namizədlərin ümumi sayı 11 min 926 (ümumi seçiləcək üzvlərin 79,32 faizi) təşkil edir.
Komissiya sədri deyib ki, dekabrın 24-də günün birinci yarısında bütün ölkə üzrə 5015 məntəqənin nəticələrini əldə edəcəyik və 1607 bələdiyyə üzvü seçilmək üçün lider namizədlərin siyahısı MSK-nın saytında yerləşdiriləcək. Bunlar ilkin rəqəmlərdir. Sabahdan başlayaraq, dairə seçki komissiyalarının protokolları qəbul ediləcək. Seçki Məcəlləsinin tələbinə görə, protokollar iki gün müddətində MSK-ya çatdırılmalıdır. Dairə seçki komissiyalarının tərtib edəcəyi protokolların sayı əvvəlki seçki ilə müqayisədə kifayət qədər çoxdur.
Daxil olan protokolların MSK-da araşdırılması şəffaf şəkildə həyata keçiriləcək. KİV-lərin, namizədlərin nümayəndələri, müşahidəçilər bu prosesdə iştirak edə bilərlər. Əgər səsvermənin gedişi ilə bağlı MSK-ya şikayət xarakterli rəsmi müraciətlər daxil olarsa Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, biz onlara nəzərdə tutulan müddətdə baxacağıq.
Sonda suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

