Qloballaşmanın mərhələləri və ilkin şərtləri
23.12.2014 [09:38]
Keçən əsrin 90-cı illərinin sonuna yaxın qloballaşma mövzusu sosial elmdə və ictimai diskussiyalarda özünə layiqli yer tutmuşdur. Lakin qloballaşma proseslərinə olan baxışlar bir-birindən fərqlənir, ona verilən qiymətlər isə bəzən hətta bir-birini inkar edir. Hazırda onun müsbət və ya mənfi hadisə olmasına, mahiyyətinə dair birmənalı fikir yoxdur. Həmrəylik yalnız bir şeydə müşahidə olunur - qloballaşma qarşısıalınmazdır. Müasir dövrün ən mürəkkəb və ziddiyyətli hadisəsi olan qloballaşma ictimai varlığın müxtəlif tərəflərinə toxunaraq bəşəriyyətin, eləcə də ayrı-ayrı fərdlərin taleyini müəyyənləşdirən amilə çevrilmişdir.
Bəs bu proses nə vaxt başlamış və öz inkişafında hansı mərhələlərdən keçmişdir?
Bu barədə müxtəlif fikirlər söylənilir. Bəzi mütəxəssislər qlobal proseslərin XX əsrin ikinci yarısında başladığını iddia edirlər. Bu zaman onların rəhbər tutduqları fikir bundan ibarətdir ki, İkinci Dünya müharibəsi bu və ya digər dərəcədə bütün qitələrin qoşulduğu ilk qlobal müharibə olmuşdur. Müharibədən dərhal sonra qlobal beynəlxalq təşkilat olan BMT yaradılmışdır. Elə bu illərdə də müstəmləkə sisteminin dağılmağa başlaması ilə inkişaf etməkdə olan müstəqil dövlətlərin sosial-iqtisadi problemləri kompleks şəkildə üzə çıxmışdı. Məhz həmin illərdə Elmi-Texniki İnqilab (ETİ), rabitə və informasiya prosesləri təşəkkül taparaq tədricən təsirli siyasi və iqtisadi amilə çevrilmişdi.
İkinci mərhələni, yəni 1970-1990-cı illərin qlobal proseslərini dünya birliyi tərəfindən formal cəhətdən təsdiq olunmuş bir durum kimi səciyyələndirmək olar: bəşəriyyət kompleks qlobal problemlərlə üzləşmiş, onların təsnifatını vermiş və beynəlxalq iqtisadi və humanitar əməkdaşlıq, inkişaf etməkdə olan ölkələrə yardım kimi sahələrdə onların həllinə cəhd edilmişdir.
Qloballaşmanın üçüncü mərhələsi 90-cı illərin sonunda başlamışdır. Bu mərhələ özünəməxsusluğu ilə səciyyələnir. Bu fərqli xüsusiyyətlər aşağıdakılardır:
1) ETİ-nin informatika və rabitə sahələrindəki nailiyyətləri, beynəlxalq əlaqələrin, xüsusən də İnternetin durmadan inkişaf etməsi qlobal dünya birliyinin yaranmasına gətirib çıxarmış, milli sərhədlər şərti əhəmiyyət kəsb etməyə başlamışdır;
2) ABŞ-ın siyasi, iqtisadi, maliyyə, informasiya və texnologiya sahələrində nüfuzunun artması və bundan Birləşmiş Ştatların öz milli maraq və dəyərlərinə uyğun istifadə etmək cəhdləri bütün qlobal problemlərə spesifiklik gətirir. Bu ölkənin qlobal problemlərin həllində rolu bir sıra hallarda nəinki mühüm, hətta həlledici əhəmiyyət kəsb etməyə başlayır;
3) Bəzi ölkələrdə qloballaşma proseslərindən hakim elitanın narahat olduğu üzə çıxmış, bu proseslərə əks-təsir göstərmək məqsədilə sosial qruplar formalaşmışdır.
Qeyd etmək lazımdır ki, qloballaşmanın meydana gəlməsini şərtləndirən şərait olmasaydı, o, xüsusi bir fenomen kimi təşəkkül tapa bilməzdi.
Qloballaşmanın ilkin şərti bir sıra ölkələrin sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçməsi olmuşdur. Aydındır ki, informasiya cəmiyyətinin strukturları formalaşmasaydı, internet yaranmasaydı, kütləvi informasiya vasitələri olan televiziya, radio geniş yayılmasaydı, qloballaşma mümkün ola bilməzdi.
Qloballaşmanın ikinci ilkin şərti müharibədən sonrakı dövrdə təşəkkül tapmış yeni qarşılıqlı iqtisadi münasibətlər sisteminin formalaşması olmuşdur. 1944-cü ilin Bretton-Vuds razılaşmalarından sonra dünya bazarında dolların əsas hesablaşma vasitəsi kimi təsdiq edilməsi, ticarət və tariflər haqqında bir sıra beynəlxalq müqavilələrin bağlanması bir qaydalı dünya iqtisadiyyatının meydana gəlməsinə səbəb olmuşdur.
Qloballaşmanın bir fenomen kimi meydana gəlməsinin üçüncü ilkin şərti müharibədən sonrakı yeni iqtisadi qaydaları qoruyub saxlamaq məqsədilə bir sıra beynəlxalq təşkilat və institutların yaradılması olmuşdur. Onların arasında ilk növbədə BVF, Dünya Bankı (DB) və Ümumdünya Ticarət Təşkilatını göstərmək olar. Beynəlxalq iqtisadi sistemdə özünəməxsus rol oynayan digər təşkilatları, regional bankları, BMT-nin İnkişaf Proqramını, Ticarət və İnkişaf üzrə Konfransını da buraya əlavə etmək olar. Məsələn, son 20 ildə BVF və DB-nin fəaliyyətində əsas iqtisadi problemlər, maliyyə böhranları, keçmiş kommunist ölkələrinin bazar iqtisadiyyatına keçməsi ilə bağlı mühüm qərarların qəbul edilməsi mərkəzi yeri tutmuş və bu gün də belə qalmaqdadır.
Qloballaşmanın dördüncü ilkin şərti nəhəng transmilli korporasiyaların (TMK) meydana gəlməsi olmuşdur. Bu gün onlar təkcə iqtisadi sahədə deyil, həm də siyasi səhnədə baş rolları ifa edirlər. Mobil, Maykrosoft, Britiş Petrolium, İtoçi, Fiat, Filipp Morris, Folksvagen, Soni, Şevron, Nestle kimi TMK-lar bu gün müxtəlif ölkələrdə iqtisadiyyatın bütün bölmələrini real nəzarət altında saxlayır. Ən müxtəlif iqtisadi və siyasi təzyiq vasitələrindən istifadə etməklə onlar milli hökumətləri investisiya, vergilər, dövlət sifarişləri, özəlləşdirmə və s. ilə bağlı mühüm qərarları TMK-nın mənafelərinə uyğun qəbul etməyə məcbur edirlər. BMT ekspertlərinin hesablamalarına görə, bu gün dünya bazarında “oyun qaydaları”nı müəyyən edən və beynəlxalq münasibətlərdə baş verən proseslərə çox güclü təsir göstərən 40 minə yaxın TMK var.
Qloballaşmanın iqtisadi və siyasi inkişafın aparıcı amilinə çevrilməsinin beşinci ilkin şərti SSRİ-nin dağılması və Şərqi Avropanın bir sıra dövlətlərinin kapitalist inkişaf yoluna keçməsi olmuşdur. Bir sıra keçmiş Sovet respublikaları və sosialist birliyi ölkələrində hakimiyyətə neoliberalizm ehkamlarına inanan siyasi elita nümayəndələrinin gəlməsi qısa bir müddətdə Qərb istehsalçılarının məhsullarının bu ölkələrin daxili bazarlarını ələ keçirməsinə yol açdı.
Deyilənlərdən belə bir nəticəyə gəlmək olar: qloballaşma dinamik, inkişaf etməkdə olan bir prosesdir. Qloballaşmaya dair diskussiyaların əsas mövzusu hələlik onun bəşəriyyətin həyatına nə qədər nüfuz etməsidir. Qloballaşma proseslərinin sürətini də proqnozlaşdırmaq mümkün deyil. Müasir dünya inkişafında ziddiyyətli proseslərin cərəyan etməsi sübut edir ki, dünyanın bütövlüyü nisbidir.
Lətafət HümmƏtova,
Fəlsəfə üzrə fəlsəfə doktoru, Az.DİU-nun dosenti
Xəbər lenti
Hamısına baxSiyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52

