/ / Gürcüstan parlamentində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Gürcüstan parlamentində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
13.12.2014 [11:58]
Xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin çoxşaxəli fəaliyyəti milli məzmun kəsb etməsi ilə yanaşı, həm də bəşəri əhəmiyyətə malikdir. Onun təşəbbüsü ilə reallaşdırılan layihələr respublikamızın çiçəklənməsinə yol açmaqla yanaşı, region ölkələrinin və xalqlarının da mənafeyinə xidmət edib. Bunun nəticəsidir ki, Ulu öndərin əziz xatirəsi Azərbaycanın hüdudlarından kənarda da böyük minnətdarlıq hissi ilə yad edilir.
Ulu öndərin əziz xatirəsini yad etmək məqsədilə dünən Gürcüstan parlamentində tədbir keçirilib. Bu barədə Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev məlumat verib. Onun bildirdiyinə görə, tədbirə parlamentin vitse-spikerləri, komitə sədrləri, deputatlar, eləcə də müxalifətyönlü fraksiyaların təmsilçiləri qatılıblar. Qonşu ölkənin İctimai Televiziyası ilə canlı yayımlanan tədbiri Gürcüstan parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Zurab Tkemaladze açıb. Gürcüstanlı deputatlar dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Gürcüstan parlamentinin vitse-spikerləri M.Kobaxidze, D.Bakradze, “Gürcü arzusu” fraksiyasının sədri Q.Volski, “Gürcü arzusu-Sənayeçilər” fraksiyasının sədri Q.Topadze, parlamentin Gənclər və idman komitəsinin sədri, Gürcüstan Olimpiya Komitəsinin rəhbəri Y.Xabelov, müxalifətdən olan fraksiya sədri A.Boboxidze, deputatlardan M.Dərziyev, D.Baseleişvili, E.Çapidze, Ə.Məmmədov, Z.Kvaçantiradze çıxış ediblər. Çıxışlarda Heydər Əliyevin dünya miqyasında tanınan siyasətçilər arasında özünəməxsus yer tutduğu və bugünkü Azərbaycanın uğurlarının memarı olduğu vurğulanıb. Deputatlar, həmçinin, Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə sanballı töhfələr verdiyini, bu ölkənin iqtisadi cəhətdən inkişafında mühüm rol oynadığını bildiriblər. Gürcüstan parlamentinin üzvləri Heydər Əliyevin böyük töhfələr verdiyi iki ölkə arasında dostluq əlaqələrinin bu gün daha da dərinləşdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Heydər Əliyevin uzaqgörənliyi sayəsində reallaşdırılan enerji siyasəti regionda əməkdaşlığın dərinləşməsində mühüm rol oynayıb: “Bu gün Gürcüstandan keçən Bakı-Supsa, Bakı-Ərzurum kəmərləri uğurla istismar olunaraq hər iki ölkənin rifahına xidmət göstərir. Gürcüstanla Azərbaycan arasında bərqərar olan sıx dostluq əlaqələri yeni regional və qlobal əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşdırılmasına zəmin yaradıb”.
Çıxışlarda xüsusi vurğulanıb ki, Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsi qonşu respublikada yaşayan azərbaycanlıların bu ölkənin cəmiyyətinə inteqrasiya olunmasında da öz əksini tapıb. Gürcüstanın aborigen sakinləri olan azərbaycanlılar bu gün Ümummilli lider Heydər Əliyevin zamanında verdiyi tövsiyələrə uyğun olaraq, bu ölkədə fəal vətəndaş mövqeyində dayanır və əməlləri ilə dövlətçiliyə sadiq olduqlarını nümayiş etdirirlər.
Mübariz
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53

