/ / Əli Əhmədov: Nə qədər ki, Azərbaycan var, Ulu öndər Heydər Əliyev də var və Onun ideyaları xalqımızı xoşbəxt gələcəyə aparacaq
Əli Əhmədov: Nə qədər ki, Azərbaycan var, Ulu öndər Heydər Əliyev də var və Onun ideyaları xalqımızı xoşbəxt gələcəyə aparacaq
12.12.2014 [10:20]
“Azərbaycanın müasir tarixi Ümummilli lider Heydər Əliyevin adı, Onun xilaskar və quruculuq missiyası ilə bilavasitə əlaqədardır. Ölkəmizin çoxəsrlik tarixində bu dövrün xüsusi yeri və rolu vardır. Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi, Onun siyasətinin alternativsizliyini birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlılığının və Onun tarixi missiyasının yeni şəraitdə davam etdirilməsinin göstəricisidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasi və dövlət xadimi Heydər Əliyev əsrlər boyu xalqımıza xidmət edəcək çox böyük irs qoyub gedib. Müstəqil Azərbaycan dövləti bu irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri sırasında öz mövqelərini getdikcə möhkəmləndirir. “Bu günlər qədirbilən Azərbaycan xalqı ənənəsinə sadiq qalaraq Fəxri Xiyabana gəlir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzür, Onun əziz xatirəsini dərin ehtiramla anır. Bununla da, xalq öz mənəvi kamilliyini ifadə edir. Hər bir millət keçmişinə hörmət bəslədikdə, onun gələcəyi parlaq olur. Azərbaycanın bugünkü uğurları və gələcək perspektivləri Heydər Əliyevin yaratdığı möhtəşəm Azərbaycan dövlətinin həm bugünkü qüdrətindən, həm də gələcək perspektivlərindən xəbər verir. Bununla belə, Ulu öndərimizin xatirəsinə böyük ehtiram hər bir Azərbaycan vətəndaşının, bütövlükdə toplumun öz dahi liderinin xatirəsinə hörmətini ifadə etməklə mənəvi kamilliyini büruzə verir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın bütün sahələrdəki qüdrətli inkişafı və bu inkişafın nəticələri ölkəmizin və xalqımızın gələcək taleyinə çox yüksək təsir göstərmək imkanındadır. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün özünün müsbət nəticələrini verməkdədir. Hər bir xalqın öz keçmişinə hörmətlə yanaşdığını qeyd edən Əli Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyev xalqımız üçün keçmiş deyildir. “Son illər qazanılan uğurlar Ulu öndərimizin bu gün də bizimlə olduğunu təsdiq edir. Bu gün dünyada öz yeri, öz səsi olan müstəqil Azərbaycan dövləti, məhz Ümummilli liderimizin misilsiz xidmətlərinin bəhrəsidir. Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının yaşaması və qalib gəlməsi deməkdir. Nə qədər ki, Azərbaycan var, Ulu öndər Heydər Əliyev də var və Onun ideyaları xalqımızı xoşbəxt gələcəyə aparacaq” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

