“Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” kitabı çap edilib
05.12.2014 [10:02]
“Biz dünya siyasətinin bütün sirlərini açırıq”. Bu şüar altında iki ildən artıqdır fəaliyyət göstərən Newtimes.az analitik-informasiya portalının “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” adlı növbəti nəşri çapdan çıxıb. Kitab Newtimes.az analitik-informasiya portalının məqalələr toplusu əsasında tərtib olunub.
AzərTAc xəbər verir ki, nəşrin layihə rəhbəri və baş redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.
Əsas məqsədi dünya siyasətini, beynəlxalq və dövlətlərarası münasibətlər sahələrində baş verən hadisələri, prosesləri, atılan addımları təhlil edərək onların mahiyyəti haqqında oxuculara tərəfsiz, obyektiv, əsaslandırılmış mövqe bildirmək olan Newtimes.az analitik-informasiya portalı özünə böyük oxucu marağı cəlb edə bilib. Təkcə onu demək kifayətdir ki, gün ərzində nəinki Azərbaycandan, həm də digər ölkələrdən portala daxil olan izləyicilərin sayı 20 min nəfərdən artıqdır. Portalın 4 dildə - Azərbaycan, rus, türk və ingilis dillərində fəaliyyət göstərməsində məqsəd də məhz baxışları fərqli cəmiyyətləri təmsil edən oxucularla paylaşmaqdır.
“Geosiyasətdə dəyişiklik - “güc mərkəzinin” Qərbdən Şərqə doğru hərəkəti” adlı birinci fəsildə XXI əsrdə dəyişikliyə uğramış geosiyasi mühitdə yeni “güc mərkəzləri” kimi çıxış etməkdə iddialı olan Rusiya və Çinin, həmçinin mühüm regional aktorlar olan Türkiyə və İranın xarici siyasətinin təhlilinə geniş yer verilir, ABŞ-ın bu dəyişiklik prosesini əngəlləmək cəhdlərinin əsas məqamları araşdırılır. Xəzər regionu, Mərkəzi Asiya və Yaxın Şərq qlobal liderlik uğrunda mübarizənin həlledici regionları kimi təqdim olunur.
“Müasir dünya nizamı - böyük dövlətlərin siyasi xətləri” adlı II fəsil müasir dünya nizamı çərçivəsində böyük dövlətlərin həyata keçirdiyi siyasətlərin əsas xətlərinin təhlilinə həsr edilib. Burada xüsusən ABŞ-ın qeyd olunan böhranlara münasibətdə atdığı addımların xarakteri, həmçinin onun öz xarici siyasətində nümayiş etdirdiyi ikili standart və ədalətsizlik hallarının mahiyyəti araşdırılır.
Müasir dövrümüzdə qlobal və regional səviyyədə cərəyan edən hadisələri sivilizasiyalar və dinlərarası münasibətlərin mahiyyətinə varmadan izah etmək çətindir. Mövcud reallıq bir çox proseslərin əsasında dayanan bu münasibətlərin obyektiv şəkildə təhlil olunmasını tələb edir. “Sivilizasiyalar və dinlərarası münasibətlər: dialoq, yoxsa qarşıdurma?” adlı III fəsildə bu məsələyə xüsusi diqqət yetirilir.
“Avropa geosiyasi seçim qarşısında” adlanan IV fəsildə bütövlükdə Avropa İttifaqı ilə bağlı məsələlər təhlil olunur. Burada problemə iki aspektdən - Avropa İttifaqı daxilində baş verən proseslər və onun xarici siyasəti və qonşuları ilə münasibətləri aspektindən nəzər salınır, təşkilatın qlobal gücə çevrilmək ambisiyaları təhlil olunur.
Kitabın sonuncu - V fəslində Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslər tədqiq olunur və “Cənubi Qafqaz: dönmə nöqtəsinə doğru” adlanır. Bu çərçivədə Cənubi Qafqazda dönüş yarada biləcək yeni geosiyasi balansın əlamətləri, həmçinin region dövlətləri tərəfindən irəli sürülən yeni əməkdaşlıq modelləri nəzərdən keçirilir və regiondakı geosiyasi tendensiyalar üçün həlledici xarakter daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə xüsusi yer verilir. Ukraynada baş vermiş proseslər fonunda Dağlıq Qarabağ münaqişəsinə münasibətin hələ də ikili standartlardan kənara çıxa bilməməsi, bu münaqişəyə fərqli münasibətin göstərilməsi, həmçinin müəyyən dairələrin Ermənistana havadarlıq etməsi konkret faktlarla əsaslandırılır və tənqid olunur.
Newtimes.az analitik-informasiya portalının hazırkı məqalələr toplusu onun elmi-siyasi müzakirələrə növbəti töhfəsidir. Düşünmək olar ki, məqalələr toplusu müvafiq sahənin tədqiqatçıları və oxucular üçün həm elmi-nəzəri, həm də siyasi-praktiki baxımdan əhəmiyyətli mənbə rolunu oynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

