Azərbaycan ilə İran arasında əlaqələrin inkişaf perspektivlərindən danışılıb
27.11.2014 [09:49]
Noyabrın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırmağı xahiş edən Əli Həsənov ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. O, Prezident Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, bu səfər zamanı çox mühüm məsələlər müzakirə edilib və iki dövlət arasındakı əlaqələri möhkəmləndirəcək vacib sənədlər imzalanıb.
İranda keçirdiyi görüşlər və danışıqlar barədə məlumat verən Baş nazirin müavini bildirib ki, İmam Xomeyni İmdad Komitəsinin, Qızıl Aypara Cəmiyyətinin rəhbərləri ilə faydalı söhbətlər aparıb. İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşlərin xüsusilə əhəmiyyətli olduğu vurğulanıb. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, konkret təkliflər irəli sürülüb, bu təkliflərin müştərək komissiyanın növbəti iclasında müzakirəsi məqsədəuyğun sayılıb.
Azərbaycanın başlıca probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən Əli Həsənov bu münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara göstərdiyi yardıma görə İran dövlətinə və onun Azərbaycanda fəaliyyət göstərən humanitar təşkilatlarına təşəkkürünü bildirib.
İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirən Əli Həsənov rəsmi Bakının Tehranla imzaladığı bütün sənədlərdə nəzərdə tutulan işlərin icra olunacağına əminliyini ifadə edib.
İranın birinci vitse-prezidenti İshaq Cahangiri ümidvar olduğunu bildirib ki, səfər zamanı aparılan danışıqlar və müzakirə edilən təkliflər hər iki xalqın və dövlətin mənafeyinə xidmət edəcək, ölkələr arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək. Azərbaycan və İran prezidentləri tərəfindən nümayiş etdirilən siyasi iradə qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə münbit şərait yaradacaq.
İshaq Cahangiri İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və özünün salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov, İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18

