Azərbaycan-İran əlaqələri uğurla inkişaf edir
22.11.2014 [12:14]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov noyabrın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə iki dost və müsəlman ölkə olan Azərbaycan ilə İran arasında humanitar sahədəki əməkdaşlığın xalqlarımızın mənafeyi naminə daha da inkişaf etdirilməsi məqsədi ilə İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin dəvəti əsasında Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 23-27-də İrana edəcəyi rəsmi səfərlə bağlı müzakirələr aparılıb.
Əli Həsənov görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin inkişafından danışıb. Diqqətə çatdırılıb ki, dərin köklərə malik olan əlaqələrimiz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf edib. Ümummilli liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir.
Bildirilib ki, son günlər ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin dinamik inkişafının bariz göstəricisidir.
Görüşdə Əli Həsənov cari ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin İrana, ötən həftə İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini xatırladıb. Baş nazirin müavini səfər çərçivəsində keçirilən görüşləri, imzalanan sənədləri Azərbaycanla İran arasında dostluq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib. Əli Həsənov bildirib ki, ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdəki tarixi münasibətlər bu gün nəinki mehriban qonşuluq, hətta əsl dostluq və qardaşlıq münasibətlərinin nümunəsinə çevrilib.
Baş nazirin müavini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu deyib. Bildirilib ki, böyük dövlətçilik tarixinə malik qonşu İran daim Azərbaycanın yanında olub. Ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlıq müvafiq dövlət və hökumət qurumları arasında əlaqələrin genişlənməsinə də şərait yaradıb. İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın dözülməz vəziyyətlə üz-üzə qaldığı vaxtdan Azərbaycana humanitar yardım göndərən ilk dövlətlərdəndir ki, bunu da xalqımız heç vaxt unutmayacaq.
Əli Həsənov, həmçinin İranın dövlət televiziya kanalına bu ölkəyə nəzərdə tutulmuş səfəri, Azərbaycan-İran münasibətləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03

