Azərbaycan-İran əlaqələri əsl dostluq və qardaşlıq münasibətləri nümunəsinə çevrilib
20.11.2014 [10:13]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov noyabrın 19-da İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Seyed Bahman Sobhani və qurumun fəaliyyət müddəti başa çatmış sabiq rəhbəri Məhəmməd Reza Neqqaşi ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Əli Həsənov ötən həftə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərini, səfər çərçivəsində keçirilən görüşləri, imzalanan sənədləri Azərbaycanla İran arasında dostluq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib.
Baş nazirin müavini bildirib ki, hər iki ölkə və onların xalqları arasında bütün sahələrdəki tarixi münasibətlər bu gün nəinki mehriban qonşuluq, hətta əsl dostluq və qardaşlıq münasibətlərinin nümunəsinə çevrilib.
Söhbət zamanı böyük dövlətçilik tarixinə malik qonşu İranın daim Azərbaycanın yanında olduğu, ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığının müvafiq dövlət və hökumət qurumları arasında əlaqələrin genişlənməsinə də şərait yaratdığı vurğulanıb. Bildirilib ki, İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın dözülməz vəziyyətlə üz-üzə qaldığı vaxtdan Azərbaycana humanitar yardım göndərən ilk dövlətlərdəndir. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllinə kömək məqsədilə bu gün də İran hökuməti tərəfindən ölkəmizdə fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin xətti ilə müxtəlif humanitar layihələr həyata keçirilir.
Cəmiyyətin Azərbaycan nümayəndəliyinin fəaliyyətinin müsbət dəyərləndirildiyi görüşdə əminliklə bildirilib ki, Azərbaycan hökuməti tərəfindən beynəlxalq humanitar təşkilatların sərbəst və şəffaf fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığından bu sahədə nəzərdə tutulmuş layihələr bundan sonra da uğurla həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

