/ / “Siyasi-hüquqi kateqoriyaların kontekstində Azərbaycan Respublikası və Rusiya Federasiyasında İnformasiya Təhlükəsizliyi”
“Siyasi-hüquqi kateqoriyaların kontekstində Azərbaycan Respublikası və Rusiya Federasiyasında İnformasiya Təhlükəsizliyi”
05.11.2014 [09:58]
Bu mövzuda Bakı şəhərində beynəlxalq konfrans keçirilib
Məlum olduğu kimi, Bakı şəhərində “Siyasi-hüquqi kateqoriyaların kontekstində Azərbaycan Respublikası və Rusiya Federasiyasında İnformasiya Təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın açılış mərasimində çıxış edən Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya texnologiyalarının inkişafına xüsusi önəm verir: “Cənab Prezidentin apardığı uğurlu siyasət, informasiya texnologiyaları sahəsində qanunvericilik təşəbbüsünün davamlı olması Azərbaycanın neft ölkəsi ilə yanaşı, İKT ölkəsi kimi də tanınmasına gətirib çıxaracaq”.
Ə.Hüseynli qeyd edib ki, belə əlamətdar bir konfransın Rusiya və Azərbaycan alimlərinin iştirakı ilə Bakı şəhərində keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Komitə sədri Azərbaycanda bu sahədə qanunvericiliyin təkmilləşdirildiyini və son illərdə bu sahənin xüsusən inkişaf etdiyini qeyd edərək, Rusiyadan olan alimlərin bu mövzuda azərbaycanlı alimlərlə birgə gələcəkdə də davamlı əməkdaşlıq edəcəyini və iki ölkə arasında bütün sahələrdə səmərəli əməkdaşlığın hüquq elmi sahəsində də davamlı olacağına ümid etdiyini bildirib. Konfransda hüquq elmləri doktoru A.V.Morozova “İnformasiya hüququ üzrə yüksək ixtisaslı kadrların hazırlanması” barədə xüsusi məruzə ilə çıxış edib və Rusiya təcrübəsini Konfrans iştirakçları ilə bölüşüb. O qeyd edib ki, artıq Rusiyada bu sahədə xüsusi ixtisaslar, kafedralar, fakültələr mövcuddur. Hüquq elmləri doktoru, professor K.Səlimov “Əməliyyat-axtarış tədbirləri zamanı informasiya təhlükəsizliyi problemləri” mövzusunda xüsusi məruzə ilə çıxış edib və bu sahədə Azərbaycan və beynəlxalq təcrübə barədə qeyd edib.
Hüquq elmləri doktoru, professor T.A.Polyakova “İnformasiya təhlükəsizliyinin hüquqi təminatı üzrə aktual məsələlər” (beynəlxalq aspekt) adlı məruzə ilə çıxış edib. Hüquq elmləri namizədi L.Filotova “Hüquq sistemində informasiya hüququnun yeri və rolu”, iqtisad elmləri doktoru, professor Ç.İsmailov “İqtisadi əməkdaşlığın genişləndirilməsi regionda informasiya təhlükəsizliyinin təminatı kimi”, hüquq elmləri doktoru, professor R.F.Məmmədov “Müasir dünyada informasiya təhlükəsizliyi: siyasi-hüquqi məsələlər”, hüquq üzrə fəlsəfə doktoru, dosent R.Aslanov “İnformasiya texnologiyaları sahəsində cinayətlər” adlı məruzələrlə çıxış ediblər.
Konfrans Rusiya və Azərbaycan təcrübəsindən elmi və nəzəri müzakirələrlə başa çatıb. Rusiya Federasiyasından konfransda iştirak edən alimlər Azərbaycanda bu sahədə islahatların çox qısa vaxtda aparıldığına baxmayaraq məhsuldar və önəmli olduğunu qeyd ediblər. Rusiyalı və azərbaycanlı alimlər gələcəkdə də bu sahədə daha sıx əməkdaşlığın vacib olduğunu vurğulayıblar. Belə bir konfransın azərbaycanlı hüquqşünasların iştirakı ilə Rusiya Federasiyasında da keçirilməsi alimlər tərəfindən təklif edilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

