/ / Əli Həsənov: Gənclər siyasəti üzrə birinci Qlobal Forumun Bakıda keçirilməsi Azərbaycanın uğurlu siyasətinin nəticəsidir
Əli Həsənov: Gənclər siyasəti üzrə birinci Qlobal Forumun Bakıda keçirilməsi Azərbaycanın uğurlu siyasətinin nəticəsidir
29.10.2014 [10:09]
“Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forumun keçirilməsi böyük əhəmiyyətə malikdir”.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oktyabrın 28-də Heydər Əliyev Mərkəzində keçirilən Gənclər siyasəti üzrə birinci Qlobal Forumda jurnalistlərə müsahibəsində deyib.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən gənclər, gənclər təşkilatlarının nümayəndələri, bu sahədə siyasəti həyata keçirən dövlət qurumlarının, akademik dairələrin, QHT-lərin rəhbərlərinin iştirak etdiyini vurğulayan Ə.Həsənov deyib: “Forumda dünya və Azərbaycan gənclərinin problemləri müzakirə olunacaq, yekun sənəd qəbul ediləcək. Tədbirin Bakıda keçirilməsi 20 ildə Azərbaycanda reallaşdırılan davamlı və səmərəli gənclər siyasətinə verilən qiymətin göstəricisidir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclər siyasətinin həyata keçirilməsində dövlət strukturları ilə yanaşı, gənclərin özləri də yaxından iştirak edirlər”.
Azərbaycanın dünyanın 200-dən artıq dövləti sırasında əhalisinin sayına və ərazisinə görə sonuncu 50 dövlətdən biri olduğunu bildirən Prezident Administrasiyasının rəsmisi vurğulayıb: “Lakin ölkəmiz yürütdüyü siyasətə, inkişafına, gənclərə, ümumiyyətlə, insanlara yaratdığı şəraitə, dünya dövlətləri siyahısındakı iqtisadi, siyasi, sosial inkişaf reytinqlərinə görə ilk 30 dövlət arasındadır. Bu siyasət isə diqqətdən kənarda qala bilməzdi. Bugünkü Forumun keçirilməsini təmin edən əsas amillərdən biri də Azərbaycanda uğurlu siyasət aparılmasıdır. Hesab edirəm ki, Forum Azərbaycan gənclərinin dünya gəncləri sırasına daha sıx inteqrasiyasına dəstək verəcək, gənclər siyasətinin inkişaf etdirilməsində mühüm amilə çevriləcək”.
Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunun oxunduğunu bildirən Ə.Həsənov deyib: “Təbrik məktubunda da Azərbaycan gəncləri dünya gənclərinin, ölkəmizdə yürüdülən siyasətin dünya gənclər siyasətinin tərkib hissəsi olduğu vurğulanıb. Bu siyasət gəncləri ölkənin inkişafına istiqamətləndirir. Əminəm ki, bu istiqamətdə siyasətimizi davam etdirəcəyik”.
Forumdan gözləntilərə gəlincə, Ə.Həsənov qeyd edib ki, Azərbaycan gənclərinin də iştirakı ilə müasir gəncliyi düşündürən bütün sahələr, o cümlədən gənclərin potensialından, imkanlarından istifadə üzrə dövlətlərin siyasəti üçün vahid tövsiyələr hazırlanacaq. Bu tövsiyələr Forumda iştirak edən dövlət qurumları tərəfindən öz ölkələrində də istifadə olunacaq. Həmçinin tədbirdə BMT, AŞPA, UNESCO və digər beynəlxalq təşkilatların iştirakını nəzərə alsaq, Forumun qlobal gənclər siyasətinin formalaşmasına da təsir göstərəcəyini demək olar.
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07

