Bişkekdə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ilk uçuşu təntənəli şəkildə qarşılanıb
29.10.2014 [10:04]
Oktyabrın 26-da “Azərbaycan Hava Yolları” QSC-nin “Aerobus-320” təyyarəsi Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə ilk uçuşunu həyata keçirib. Təyyarəni Bişkek şəhərinin “Manas” Beynəlxalq hava limanında Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov, Qırğız Respublikası Baş nazirinin birinci müavini Tayirbek Sarpaşev, Qırğız Respublikası hökumətinin digər yüksək vəzifəli təmsilçiləri, “Manas” Beynəlxalq hava limanının rəhbərliyi, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, ictimaiyyətin tanınmış təmsilçiləri və soydaşlarımız qarşılayıblar.
Qırğız milli geyimli qızlar sərnişinləri duz-çörəklə qarşılayıblar. Gənclərin əllərində Azərbaycanın və Qırğızıstanın bayraqları dalğalanıb.
Sonra Bakı-Bişkek-Bakı birbaşa hava xəttinin açılması ilə bağlı “Manas” aeroportunun VİP zalında tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Qırğız Respublikasının dövlət himnləri səslənib.
Tədbirdə çıxış edən Qırğız Respublikası Baş nazirinin birinci müavini Tayirbek Sarpaşev bildirib ki, iki qardaş ölkə arasında hava əlaqəsinin yaranması hər sahədə əməkdaşlığın inkişafına yüksək təkan verəcək. O, qeyd edib ki, Bakı-Bişkek-Bakı aviareysinin vasitəsilə Bakıdan Avropaya və Amerikaya açılan birbaşa hava xəttindən də istifadə ediləcək və bununla sərnişinlər vaxtlarına qənaət edəcəklər.
Sonra çıxış edən Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov vurğulayıb ki, Azərbaycan Respublikası və Qırğız Respublikası müstəqillik əldə edəndən sonra ilk dəfə olaraq Bakı-Bişkek-Bakı birbaşa aviareysinin açılışı möhtəşəm hadisədir: “Keçmişdə bu yolu karvan ilə iki aya gedirdilər, amma buna baxmayaraq, əcdadlarımız gediş-gəliş edirdilər. Avtomobil kəşf olunandan sonra isə Bişkek ilə Bakı arasında olan 3421 km-lik məsafəni Qazaxıstan, Özbəkistan, Türkmənistan və İran ərazisindən keçərək qət edirdilər. Birbaşa aviareysin açılması nəticəsində 2046 km-lik məsafəni 3 saat 10 dəqiqə ərzində keçmək olar. Bu aviareys ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrinin inkişafına yüksək töhfə verəcək. Eləcə də İpək Yolunun bərpası işində Qırğızıstanın Qərbə, Azərbaycanın isə Şərqə yeni qapısı açılır”.
Səfir onu da deyib ki, SSRİ-nin dağılmasından sonra bütün ittifaq respublikalarının hava xəttində olan çətinlik Azərbaycanda da var idi. Məhz Ümummilli lider Heydər Əliyevin bu problemi şəxsi nəzarətinə götürməsindən sonra, mülki aviasiyaya böyük investisiyalar qoyulub.
Bu gün Azərbaycanın aviaparkı ən müasir təyyarələr ilə təmin olunub, yeni və möhtəşəm, Heydər Əliyev adına hava limanı tikilib.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarələr Avropanın və Asiyanın müxtəlif ölkələrinə, yeni təyyarələr əldə olunandan sonra isə Amerikaya sərnişin daşımaları həyata keçirir.
Səfir əlavə edib ki, Bakı-Bişkek-Bakı aviareysi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə açılıb və bu da iki qardaş ölkə arasında əlaqələrin genişlənməsinə səbəb olacaq: “Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və humanitar sahədə deyil, həm də iqtisadi sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir”.
Sonra təyyarənin ilk sərnişinlərindən olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fəttah Heydərov çıxış edərək bildirib ki, iki qardaş dövlət, xalq arasında hava əlaqəsinin yaranması böyük bir hadisədir. Millət vəkili, eyni zamanda, bununla bağlı təbriklərini çatdırıb.
Sonda açılış iştirakçılarına ziyafət verilib.
Xəbər lenti
Hamısına baxSosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17

