Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti Şahindoxt Movlaverdi ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti Şahindoxt Movlaverdi ilə görüşüb

21.10.2014 [10:05]

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva oktyabrın 20-də Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak edən İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti Şahindoxt Movlaverdi ilə görüşüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonağı salamlayaraq “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın uğurlu keçəcəyinə ümidvar olduğunu söyləyib. Mehriban Əliyeva tədbirdə iştirak etdiyinə görə Şaxindoxt Movlaverdiyə minnətdarlığını bildirib.
Hazırda Azərbaycan ilə İran arasındakı əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən Azərbaycanın birinci xanımı bu il ərzində hər iki ölkənin prezidentlərinin üç dəfə görüşdüyünü bildirib, qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb. Mehriban Əliyeva Bakıda keçirilən beynəlxalq konfransın qadın məsələlərinin həllində mühüm rolunu oynayacağına əminliyini ifadə edib.
Şahindoxt Movlaverdi konfransa dəvətə görə təşəkkürünü bildirib. Qonaq ilk dəfədir ki, Bakıya səfər etdiyini deyərək, ümidvar olduğunu vurğulayıb ki, bu konfrans İslam ölkələrində qadınların rolunun artmasına töhfə verəcək.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 701 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31