/ / Bakı Slavyan Universitetində akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib
Bakı Slavyan Universitetində akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib
15.10.2014 [10:08]
Oktyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunmuş “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil edilən tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev aktual mövzuya həsr olunan kitabın əhəmiyyətindən, məziyyətlərindən danışıb. Bildirilib ki, akademik Ramiz Mehdiyevin yeni kitabında Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən bu regionla bağlı münaqişənin kökləri dərindən araşdırılır, faktlar əsasında təhlil edilir. Kitabın rus dilində nəşr edilməsi onun dəyərini daha da artırır. Çünki rus dili hazırda dünyada geniş istifadə olunan dillərdən biridir, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin dilidir. Bu əsər vasitəsilə rusdilli oxucular Azərbaycan həqiqətləri ilə bağlı dərin məlumatlar əldə edə biləcəklər. Digər tərəfdən, kitab alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələr baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.
A.Hacıyev kitabdakı faktların öyrənilməsinin vacibliyini nəzərə alaraq “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının BSU-da tədris olunmasını tövsiyə edib. Rektor belə sanballı və dəyərli əsəri geniş ictimaiyyətə təqdim etdiyi üçün akademik Ramiz Mehdiyevə universitetin kollektivi adından dərin minnətdarlığını bildirib.
BSU-nun dosenti Sadir Məmmədov qeyd edib ki, monoqrafiyada Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb. Azərbaycanın bu qədim regionu ilə bağlı tarixi faktlar əsərdə xronoloji ardıcıllıqla əksini tapıb. Kitabda erməni etnogenezi, azərbaycanlıların antropologiyası, ermənilərin Cənubi Qafqaza miqrasiyası, Azərbaycan xanlıqları, sovet dövründə Dağlıq Qarabağın statusu, eləcə də son illər ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız barəsində ətraflı məlumat verilir. Bütün bunlar oxucuda Qarabağın tarixi ilə bağlı dolğun və bitkin təsəvvür formalaşdırır.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri Rafael Həsənov kitabın əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın tarixini ən qədim dövrlərdən bu günədək əhatə edən əsər tarixi faktlar və mənbələrə əsaslanaraq indiyədək müəmmalı görünən bir çox mətləblərə aydınlıq gətirir, bununla bağlı gerçəklikləri geniş ictimaiyyətə çatdırır. Akademik Ramiz Mehdiyev tutarlı faktlarla sübut edir ki, milli dövlət modelinə malik Azərbaycandan fərqli olaraq Ermənistan rəhbərliyinin ideokratik siyasi sistemi həyata keçirmək kursu öz xalqını və dövlətini, sözün əsl mənasında uçuruma yuvarlayıb. Bunu istər ölkənin ağır sosial-iqtisadi və demoqrafik durumu, istərsə də siyasi köməksizliyi sübut edir. Müəllif “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilərin Naxçıvan torpaqlarına olan iddialarına da faktlarla tutarlı cavab verir.
BSU-nun nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksinin tarix müəllimi Arzu Hacıyeva dərs prosesində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, bu regionun tarixinin şagirdlərə çatdırılmasının əhəmiyyətindən danışıb və akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı əsasında orta məktəblər üçün dərslik hazırlanması təklifi ilə çıxış edib.
Tədbirdə BSU-nun dosentləri Əsgər Əhməd, Habil Məmmədov, Ləman Qarayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun şöbə müdiri Leyla İmaməliyeva və başqaları çıxış edərək bildiriblər ki, akademik Ramiz Mehdiyev “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasında çox sayda ilkin mənbə və elmi ədəbiyyat əsasında Dağlıq Qarabağın tarixi ilə bağlı əsl həqiqətləri rusdilli oxuculara təqdim edib. Kitabda zəngin tarixi faktlara söykənən mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılıb, Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb. Bununla yanaşı, əsərdə Qarabağ münaqişəsinin həlli yolunda məqsədyönlü surətdə törədilən süni maneələrə də münasibət bildirilir. Natiqlər təklif ediblər ki, akademik Ramiz Mehdiyevin tarixi faktlarla zəngin yeni kitabı orta və ali məktəblərdə dərslik kimi istifadə olunsun, tariximizlə bağlı əsl həqiqətlər dərs prosesində geniş izahla şagird və tələbələrə çatdırılsın.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

