/ / Azərbaycanın və Rusiyanın Hərbi Dəniz qüvvələri arasında Xəzərdə əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycanın və Rusiyanın Hərbi Dəniz qüvvələri arasında Xəzərdə əməkdaşlıq məsələləri müzakirə edilib
14.10.2014 [10:00]
Oktyabrın 13-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında danışıqlar başa çatandan sonra brifinq keçirilib.
AzərTAc xəbər verir ki, brifinqdə çıxış edən Zakir Həsənov görüşdə səmərəli danışıqlar aparıldığını, beynəlxalq və regional təhlükəsizlik, habelə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib. Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunulduğunu da vurğulayan nazir bununla əlaqədar qeyd edib ki, Rusiyanın və Azərbaycanın Hərbi Dəniz qüvvələri arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub. Xəzərdə birgə komanda-qərargah təlimlərinin və taktiki təlimlərin, hərbi dəniz qüvvələri arasında əməkdaşlıqla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın müdafiə naziri deyib ki, danışıqlarda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. Bu istiqamətdə Azərbaycan Silahlı Qüvvələrinin Rusiyada istehsal edilən müasir silahlar və texnika ilə təchiz olunması proqramı, habelə hərbi təhsil məsələləri uğurla həyata keçirilir. Plana uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Rusiya Müdafiə Nazirliyinin müxtəlif təhsil müəssisələrində və tədris mərkəzlərində təlimlər, Rusiyanın nümayəndələri isə Azərbaycanın hərbi profilli tədris müəssisələrində hazırlıq keçəcəklər.
Zakir Həsənov bildirib ki, regional təhlükəsizlik məsələlərinə də diqqət yetirilib, hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi zamanı tərəflərin bütün bu məsələlərə baxışlarının eyni olması təsdiqlənib.
Sergey Şoyqu Rusiya nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə Azərbaycan rəhbərliyinə və ölkəmizin Müdafiə Nazirliyinə təşəkkürünü bildirib.
Rusiyanın müdafiə naziri diqqətə çatdırıb ki, 2013-2016-cı illərdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi proqramının həyata keçirilməsi prioritet fəaliyyət istiqaməti sayılır.
Rusiya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, nazirliklər arasında əməkdaşlıq planının layihəsi artıq hazırdır. Layihəyə əsasən, birgə əməliyyat və döyüş hazırlığı, həmçinin donanmanın iştirakı, hərbi-texniki əməkdaşlıq, hərbi kadrların hazırlanması və onların ixtisasının artırılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

