Davamlı inkişafa və ekoloji sivilizasiyaya nail olmaq üçün regional əməkdaşlıq çox önəmlidir
04.10.2014 [10:58]
Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “dəyirmi masa”da 20 ölkədən 40 nümayəndənin iştirak etdiyini bildirib. “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusu hazırda dünyada çox aktual məsələ olduğunu vurğulayan rektor qonaqlara Azərbaycanda davamlı inkişafa nail olunması və ətraf mühitin qorunması istiqamətində görülən işlər haqqında məlumat verib.
Nobel mükafatçısı Corc Smut deyib ki, dünyanın dayanıqlı inkişaf modelinə nail olmaq vacibdir. Cəmiyyətin inkişafının davamlı olmasında risklər vardır. Müasir dövrdə insanların ictimai həyatında vacib olan amillərin dayanıqlılığını təmin etmək, xüsusilə enerjinin dayanıqlılığına nail olmaq əsas prioritetlərdəndir. Gündəlik həyatımızda həyati əhəmiyyətə malik mənbələr tükənərsə, davamlılığı təmin edə bilmərik.
C.Smut bildirib ki, çox vaxt insanlar hər problemin həllini dövlətdən gözləyir. Lakin bu məsələdə ictimaiyyətin nümayəndələri də çox fəal olmalıdırlar. Biz ekoloji mühitin təmizliyi üçün nələr etməli olduğumuzu araşdırmalı, tullantıların yenidən emalı sahəsində birgə işlər görməliyik. Bu istiqamətdə əhalinin maarifləndirilməsi də vacibdir. Orta ümumtəhsil məktəblərində ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı tədris saatlarının artırılmasına ehtiyac var.
“Dəyirmi masa”da vurğulanıb ki, müzakirə olunan mövzu dünyanın bütün ölkələri üçün aktualdır. Davamlı inkişafa və ekoloji sivilizasiyaya nail olmaq düzgün idarəçilik tələb edir. Vətəndaş cəmiyyətinin ehtiyaclarını və həyatımızı təmin etmək, balansı qorumaq çox çətindir. İnsan fəaliyyəti ətraf mühitə müəyyən təsir göstərir. Bu sahədə hamının riayət etdiyi qanunlar olmalıdır. Biz insanlar planetimizi yaşamaq üçün gözəl məkana çevirməliyik.
Daha sonra Regionların Davamlı İnkişafı üzrə Avropa Fondunun prezidenti Klod Eqi, Flaman Parlamentinin fəxri sabiq sədri Lui Vanvelthoven, Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun (TODAİE) baş direktoru Aslan Onur Endər çıxış ediblər.
Natiqlər bildiriblər ki, davamlı inkişafa nail olmaq üçün regional əməkdaşlıq çox önəmlidir. Dövlət qulluğu üzrə təhsil verən şəxslər də bu sahədə öz səylərini əsirgəməməlidir. Davamlı inkişaf yeganə vasitədir və bu inkişafda ekoloji sivilizasiya əsas prioritet olaraq qalacaq.
“Dəyirmi masa” məruzələrlə davam etdirilib. Məruzəçilər qeyd ediblər ki, bu Forum dünyanı narahat edən problemlərin müzakirəsi və fikir mübadiləsi aparılması üçün yaxşı şərait yaradır. Vurğulanıb ki, müasir dövrdə yaradılan yeni texnologiyalar, iqtisadiyyatın, sənayenin inkişafı, rəqabətin artması ətraf mühitə öz təsirini göstərir. İnsanlar dövrün yaratdığı imkanlardan istifadə edərkən mütləq ətraf mühiti də nəzərə almalıdırlar. Birgə peşəkar komanda olmasa, problemlərin həllinə nail olmaq qeyri-mümkündür.
“Dəyirmi masa”da Azərbaycanda davamlı inkişafın təmin edilməsi və ətraf mühitin qorunması istiqamətində dövlət səviyyəsində görülən işlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu məsələlər hazırda dövlətin diqqət mərkəzindədir və Azərbaycan bu sahədə çox yaxşı təcrübə əldə edib. Dövlət və özəl sektor bu problemlərin həllinə yönəlmiş birgə mühüm layihələr reallaşdırır. Heydər Əliyev Fondunun ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusilə diqqətəlayiqdir.
Məruzəçilər belə bir yekdil rəyə gəliblər ki, inkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur. Ətraf mühitin qorunması üçün iqtisadi potensialın idarə edilməsində müasir üsullardan istifadə olunması, hər hansı komponentin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, tullantısız, güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi bu məqsədlərə çatmağa kömək edə bilər.
“Dəyirmi masa” çərçivəsində Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutu ilə Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Sonda Bəyannamə qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

