Azərbaycan ilə Həştərxan vilayəti arasında sosial-iqtisadi, mədəni əlaqələr müzakirə olunub
10.09.2014 [09:51]
Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyi Rusiya Federasiyasının Həştərxan şəhərində işgüzar səfərdədir.
Sentyabrın 9-da Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayəti hökumətinin sədri, vilayətin vitse-qubernatoru Konstantin Markelov və Həştərxan şəhərinin meri vəzifəsini icra edən İrina Yeqorova ilə görüşüb.
AzərTAc xəbər verir ki, Konstantin Markelovla görüşdə Azərbaycan ilə Rusiya arasında tarixi köklərə əsaslanan dostluq münasibətlərindən danışılıb, Həştərxan vilayəti və Azərbaycanın sosial-iqtisadi və mədəni əlaqələrinin daha da gücləndirilməsi müzakirə olunub. Həmçinin Azərbaycan dövləti tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan K.Markelov qeyd edib ki, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün böyük işlər görülüb.
İrina Yeqorova ilə keçirilən görüşdə isə Həştərxan və Azərbaycan arasında mövcud olan iqtisadi münasibətlərin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilib və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Fond regionda sosial əhəmiyyətli bir sıra iri layihələr həyata keçirir. Həştərxanda Ulu öndər Heydər Əliyevə abidə ucaldılıb, Ümummilli liderin adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub. Bundan başqa, “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb və “Meçta” uşaq-əyləncə şəhərciyi salınıb.
Görüşdə, həmçinin Həştərxan şəhərində Heydər Əliyev adına 11 nömrəli məktəbin nəzdində tikilən yeni uşaq bağçasında son tamamlama işləri haqqında danışılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir memarlıq üslubunda inşa edilən uşaq bağçasının cari il sentyabrın sonunda açılışı planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00

