/ / Aleksandr Novikov: Azərbaycanda məcburi köçkünlərin üzləşdikləri problemlərin həlli istiqamətində kifayət qədər ciddi işlər görülüb
Aleksandr Novikov: Azərbaycanda məcburi köçkünlərin üzləşdikləri problemlərin həlli istiqamətində kifayət qədər ciddi işlər görülüb
05.09.2014 [09:41]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatlarının və icma əsaslı təşkilatların potensialının artırılması” layihəsi çərçivəsində Ağcabədi şəhərində toplantı keçirilib.
Ağcabədi rayon İcra Hakimiyyətinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, BAMF-ın, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin, həmçinin rayon hüquq mühafizə orqanlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təmsilçilərinin iştirak etdikləri toplantıda layihə haqqında ümumi məlumat verildikdən sonra onun təqdimatı olub.
BAMF-ın informasiya Departamentindən AzərTAc-a bildiriblər ki, təqdimatdan sonra Ağcabədidə məskunlaşan məcburi köçkünlər üzləşdikləri problemləri səsləndiriblər.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və yerli icra strukturunun nümayəndələri məcburi köçkünlərin suallarını cavablandırıblar.
Toplantıda qaldırılan problemlərin həlli yolları ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda, layihə fəaliyyətinin gücləndirilməsi üçün biznes, kənd təsərrüfatı və təhsillə bağlı təlimlərin daha da genişləndirilməsi müzakirə olunub.
Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov çıxış edərək Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərdən danışıb. BMT-nin nümayəndəsi deyib: “Biz Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə sıx əlaqələr qurur, onlarla yaxından əməkdaşlıq edirik. Bu da çox faydalı olur. Bir faktı da qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanda məcburi köçkünlərin üzləşdiyi problemlər xaricdəki məcburi köçkünlərin üzləşdiyi problemlərdən azdır. Bu da onun nəticəsidir ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, əsaslı layihələr icra olunub”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

