/ / Kaliforniya Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi sənəd əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil
Kaliforniya Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi sənəd əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil
29.08.2014 [09:22]
ABŞ-ın Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qərəzli qətnamə əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil. Çünki erməni mətbuatının təqdim etməyə çalışdığı kimi, bu sənəddə Dağlıq Qarabağ hansısa respublika kimi tanınmır və Senatın belə bir tanıma hüququ da yoxdur.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev avqustun 28-də keçirdiyi mətbuat konfransında deyib.
Bildirilib ki, avqustun 27-də ABŞ-ın Kaliforniya ştatının Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması üçün ABŞ Konqresinə və prezidentinə müraciət ünvanlayıb. Erməni Kütləvi İnformasiya Vasitələri isə bunu Kaliforniya ştatının “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” “tanınması” kimi qələmə veriblər. E.Abdullayev qeyd edib ki, məsələ ilə bağlı artıq Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb.
Qeyd olunub ki, erməni lobbisindən öz seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, beləliklə, onlardan tam asılı vəziyyətdə olan senatorlar lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər. Bu isə əsl siyasi korrupsiyadır. Buna başqa ad vermək mümkün deyil. Bu, həmçinin ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Bu fakt həmin sənədin qəbul edilməsinə səs verən senatorların obyektivliyini şübhə altında qoyur. Kaliforniyalı senatorların bu hərəkəti beynəlxalq norma və prinsiplərə ziddir.
E.Abdullayev əlavə edib ki, qəbul olunan sənədə 40 senatordan 17-si, o cümlədən Senatın sədri də səs verməkdən imtina edib. Sənəd deklarativ xarakter daşıyır və heç bir hüquqi qüvvəsi yoxdur. Ancaq erməni tərəfi bunun üzərində yalançı təbliğat qurmağa, başda radikal erməni lobbisi olmaqla sadə erməniləri hər zamankı kimi aldatmağa çalışırlar.
İraqda yaşayan yezidi kürdlərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı danışan E.Abdullayev bildirib ki, bu, IV Cenevrə Konvensiyasının 49-cu bəndinin pozulması deməkdir. Diplomat qeyd edib ki, ermənilərin bu addımı beynəlxalq hüquqa ziddir və bu qanunsuz əməlləri dəfələrlə ATƏT-in Minsk qrupunun hesabatlarında da öz əksini tapıb.
Elman Abdullayev bu yaxınlarda Dağlıq Qarabağa səfər edən rusiyalı jurnalist Anastasiya Kərimova ilə bağlı bildirib ki, hazırda bununla əlaqədar araşdırma aparılır. Əgər jurnalistin rəsmi Bakının razılığı olmadan səfər etdiyi məlum olarsa, o, Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcəkdir.
Elman Abdullayev, həmçinin qeyd edib ki, Dağlıq Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti sonradan Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edərək bildirirlər ki, onlar işğal olunmuş torpaqlara aldadılaraq aparılıblar və həmin şəxslər nazirliyin “qara siyahı”sından çıxarılmasını xahiş edirlər.
Mətbuat xidmətinin rəhbəri deyib ki, Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısında 300-dən çox insan var. Azərbaycanın mövqeyi, bu məsələyə yanaşması prinsipialdır. Əgər işğal olunan ərazilərimizə Azərbaycan tərəfinin razılığı olmadan hansısa səfər həyata keçirilibsə, bu, təbii ki, qanunsuzdur. Belə qanunsuz səfərləri həyata keçirmiş şəxslərlə bağlı geniş araşdırmalar aparılır və nəticələr hamıya bəllidir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

