/ / Azərbaycan XİN: Bu tipli bəyanatlar Azərbaycan və Polşa arasındakı münasibətlərin ruhuna uyğun gəlmir
Azərbaycan XİN: Bu tipli bəyanatlar Azərbaycan və Polşa arasındakı münasibətlərin ruhuna uyğun gəlmir
12.08.2014 [09:51]
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Marçin Voyçexovskinin 9 avqust tarixli bəyanatına cavab verib.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirilib ki, Azərbaycan XİN Polşa XİN-in bəyanatını qəbul etmir. “Bu bəyanat daha çox qeyri-hökumət təşkilatının bəyanatına bənzəyir. Polşa tərəfi bundan sonra Azərbaycanla bağlı bəyanatlarda maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır. Hesab edirik ki, bəyanat yalnız Polşa XİN-in mövqeyini əks etdirir.
Azərbaycan tərəfinin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla, heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur. Polşa tərəfinin bəyanatında guya hüquq müdafiəçilərinə əsassız ittihamların irəli sürülməsi ilə bağlı iddia tamamilə əsassızdır. Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. Bəyanatda adları çəkilmiş şəxslər konkret cinayət əməllərində təqsirləndirilmişlər və onların mühakiməsi Azərbaycan qanunvericiliyinə uyğun olaraq təmin olunacaqdır. Azərbaycanda məhkəmə sistemi tamamilə müstəqildir və hər hansı bir kənar müdaxilə siyasi təzyiq cəhdi kimi qiymətləndirilir və Azərbaycan tərəfindən rədd edilir.
“Fundamental hüquq və azadlıqların pozulmasının sosial gərginliyə yol açacağı” ilə bağlı isə AR XİN Polşa tərəfini narahat olmamağa çağırır. Azərbaycan dünya iqtisadi və maliyyə böhranının təsir etmədiyi az saylı ölkələrdən biridir və sürətli iqtisadi inkişaf nəticəsində ildən ilə vətəndaşlarının sosial rifahı daha da yüksəlir.
Azərbaycan ərazilərinin işğalına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulmasına və son günlər Ermənistanın təşkil etdiyi kəşfiyyat-diversiya əməliyyatları nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasına, mülki əhalinin belə hədəfə alınmasına və nəticədə cəbhə xəttində gərginliyin daha da artmasına Polşa tərəfindən reaksiyanın verilməməsi ikili standartların bariz nümunəsidir. Belə təəssürat yaranır ki, Polşa tərəfi insan hüquqlarına münasibətdə üçüncü tərəfin təlimatına əsasən qərəzli və ayrı-seçkilik salan yanaşma ilə çıxış edir.
Ərazisində gizli saxlanma məntəqələrinin mövcudluğuna, Roma icmasına qarşı geniş yayılmış diskriminasiyaya, eləcə də irqi zəmində zorakılığa görə beynəlxalq səviyyədə qınaq obyektinə çevrilmiş bir ölkənin bu problemləri aradan qaldırmaq əvəzinə özünü dünyada insan hüquqlarının pozulmasından narahatlıq keçirən ölkə kimi təqdim etmək cəhdi təəssüflə qarşılanır. Yuxarıda qeyd edilən ikili standartlar və Polşanın özündə olan problemlər fonunda Polşa XİN-i bu tipli bəyanatları ilə tamamilə qeyri-səmimi görünür.
Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi Polşanı Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırır.
Bu tipli bəyanatlar Azərbaycan və Polşa arasındakı münasibətlərin ruhuna uyğun gəlmir və onların inkişafına xələl yetirir”.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50

