Avropa Şurası Azərbaycanın məhkəmə-hüquq sistemindəki nailiyyətlərini təqdir edir
04.07.2014 [10:05]
Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Bakıda keçirilən plenar iclası çərçivəsində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov CEPEJ-in rəhbərliyi ilə görüşüb.
Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev, Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buaya iştirak ediblər.
Azərbaycanın Avropa Şurası, o cümlədən CEPEJ ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayan nazir ölkəmizin sürətli iqtisadi inkişafı, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, o cümlədən infrastrukturun müasirləşdirilməsi, hakimlərin seçimi, habelə korrupsiya ilə mübarizə sahəsində qazanılan nailiyyətlər barədə məlumat verib. Fikrət Məmmədov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu söyləyib.
CEPEJ-in prezidenti Con Steysi ölkəmizin 23 il ərzində əsrə bərabər inkişaf yolu keçdiyini vurğulayıb, islahatların mütərəqqi xarakterini, o cümlədən məhkəmə binalarının inzibati və ictimai zonalara bölünməsinin vətəndaşların məhkəmələrə inamının artmasına təsirini diqqətə çatdırıb. O, həmçinin, Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirləri təqdir edib, üzv dövlətlərdə məhkəmələrdə iş yükünün azaldılması üzrə alternativ yolların axtarılmasının zəruriliyini, əhalinin hüquqi maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qurumun vitse-prezidenti Georq Stava isə məhkəmə islahatlarının davamlı proses olduğunu qeyd edərək Azərbaycanın bu sahədə konkret işlər gördüyünü və ölkəmizin artıq hakimlərin ən şəffaf seçimi, müasir infrastrukturun yaradılması və elektron məhkəmə sisteminin tətbiqi üzrə qazandığı nailiyyətlərinə görə istinad nöqtəsinə çevrildiyini vurğulayıb. G.Stava bunu səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirərək bildirib ki, Azərbaycan bu sahədəki müsbət təcrübəsini digər dövlətlərlə bölüşə bilər.
Dövlətimizin korrupsiyanın qarşısının alınması və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması sahəsində güclü siyasi iradəsini qeyd edən F.Buaya səfər zamanı müasir məhkəmə binalarında qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və konseptual baxımdan yeni innovativ xidmətlərin tətbiqinə, habelə “ASAN xidmət” mərkəzlərinin vətəndaş məmnunluğuna yönələn fəaliyyətinə heyran qaldığını söyləyib.
Qonaq ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində korrupsiya ilə mübarizə və məhkəmə sisteminin müasirləşdirilməsi kimi aktual mövzulara dair bu günlərdə keçirilən və özünün iştirak etdiyi iki mötəbər tədbirin yüksək səviyyədə təşkilini xüsusi qeyd edib. F.Buaya Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyəti vurğulayaraq bu əlaqələrin inkişafına bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

