Məcburi köçkünlər üçün müxtəlif layihələr həyata keçiriləcək
04.07.2014 [10:00]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Norveçin “Norveç Humanitar Müəssisəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunmuş Nil Villiams ilə görüşüb.
Komitədən AzərTAc-a verilən məlumata görə, yeni təyinatı münasibətilə qonağı təbrik edən Baş nazirin müavini Əli Həsənov ona gələcək fəaliyyətində uğurlar arzulamaqla yanaşı, həmçinin onun rəhbər təyin edilməmişdən əvvəl uzun müddət bu təşkilatda çalışdığını və qazandığı təcrübəni nəzərə alaraq hökumətlə şəffaf əməkdaşlıq şəraitində, Azərbaycanın milli qanunvericiliyinə və qurumun baş ofisinin nizamnaməsinə uyğun şəkildə çalışacağına əminliyini bildirib.
Ölkəmizdə fəaliyyət göstərən bütün beynəlxalq humanitar təşkilatlar kimi Norveçin bu təşkilatı üçün də Azərbaycan hökuməti tərəfindən hər cür şərait yaradıldığını və onların əsas fəaliyyətlərinin qaçqın və məcburi köçkünlərin, aztəminatlı əhalinin müəyyən problemlərinin həllinə, bu baxımdan müxtəlif məqsədəuyğun layihələrin həyata keçirilməsinə yönəldiyini nəzərə alaraq Əli Həsənov görüşdə daha mühüm əhəmiyyət kəsb edən layihələrin - qaçqın və məcburi köçkünlərin reabilitasiyası, məşğulluğu, onlar arasında təhsilin, səhiyyə xidmətinin yaxşılaşdırılması, əmək vərdişlərinin bərpası və sair kimi layihələrin həyata keçirilməsinin vacibliyini önə çəkib, bunlarla bağlı müəyyən tövsiyələrini verib.
Azərbaycan dövlətinin bu gün qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllini tam öz üzərinə götürdüyünü diqqətə çatdıran Əli Həsənov buna baxmayaraq ölkədə çalışan beynəlxalq humanitar təşkilatların fəaliyyətlərini davam etdirməsinin iqtisadi baxımdan daha çox siyasi baxımdan əhəmiyyət daşıdığını diqqətə çatdıraraq bildirib ki, bütün bunlar bu sahədə milli kadrların hazırlanmasında, ən başlıcası isə problemin bu gün də həll olunmamış qalmasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm önəm daşıyır.
Səmimi qəbula, dəyərli tövsiyələrə görə minnətdarlığını bildirən Nil Villiams deyib ki, fəaliyyətini verilən tövsiyələrə, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən qarşıya qoyulan vəzifələrə uyğun qurmaqla Azərbaycandakı qaçqın və məcburi köçkünlərin, aztəminatlı əhalinin müəyyən problemlərinin həllinə kömək göstərmək üçün bütün imkanlardan istifadə edərək rəhbərlik etdiyi qurumun şəffaf və məqsədyönlü fəaliyyəti üçün nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsinə çalışacaq. O, sonda qeyd edib ki, bu məqsədlə müxtəlif təlim və konfransların həyata keçirilməsi, müvafiq proqram çərçivəsində iyul-avqust ayları ərzində qaçqın və məcburi köçkünlər üçün salınmış ərazilərdə ehtiyacların qiymətləndirilməsi və yeni layihə təşkili sahəsində araşdırılmalar aparılması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25

