Yüksək səviyyəli beynəlxalq Bakı konfransı başa çatıb
02.07.2014 [10:07]
“Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq Bakı konfransı iyulun 1-də başa çatıb.
AzərTAc xəbər verir ki, konfrans iştirakçıları Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olublar.
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara məlumat verib ki, 5 və 7 mərtəbəli iki korpusdan, habelə üçmərtəbəli yardımçı bina və yeraltı qarajdan ibarət olan kompleksin ətrafında yeni park salınıb, fəvvarələr quraşdırılıb.
Bildirilib ki, 100 və 250 nəfərlik konfrans zallarında müxtəlif treninqlər, seminarlar və beynəlxalq tədbirlər, mətbuat konfransları, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları ilə görüşlər, “dəyirmi masa”lar, maarifləndirici tədbirlər və təqdimatlar keçirilir. Burada əməliyyatların idarə edilməsi mərkəzi də yaradılıb. Mərkəzdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanaraq həyata keçirilən əməliyyat tədbirlərinin birbaşa rejimdə idarə edilməsi mümkündür.
Qonaqlara məlumat verilib ki, korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədilə yaradılan “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti təkmilləşdirilib. Artıq daxil olan zənglərin görmə funksiyasını əks etdirən monitorlar vasitəsilə qəbulu yeni proqram təminatı ilə həyata keçirilir ki, bu da korrupsiyaya daha çox məruz qalan sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün təhlillər aparmağa imkan yaradır.
Konfrans iştirakçıları korrupsiya cinayətlərinin qarşısının alınması və aşkarlanması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin uğurla həyata keçirilməsi məqsədilə elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərini özündə birləşdirən zəruri avadanlıq, müasir texniki vasitələrlə təchiz edilmiş otaqlarla tanış olublar. Kriminalistika otağında müxtəlif kateqoriyadan olan korrupsiya cinayətlərinin istintaq metodikasına dair məlumatları əks etdirən lövhələr, əyani vəsaitlər quraşdırılıb. Bundan əlavə, binada vətəndaşların qəbul otağı yaradılıb müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat köşkü qoyulub. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binaya əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılıb.
Qonaqlar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istifadəsində olan xüsusi avtomobillərə də baxıblar. Qeyd olunub ki, xüsusi avadanlıqla təchiz edilən kriminalistik avtomobillərdə istintaq və əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
Binada yaradılmış şəraitlə tanışlıqdan sonra “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən yüksək səviyyəli beynəlxalq konfransın bağlanış mərasimi olub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binasının ötən il sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açıldığını bildirib. Zakir Qaralov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılarkən qarşıda bu qurumun normal funksional fəaliyyəti üçün müasir binanın inşası vəzifəsinin durduğunu deyib. Bu baxımdan bir çox ölkənin, o cümlədən Sinqapurun, Honqkonqun, Malayziyanın təcrübəsinin öyrənildiyini, ciddi layihələndirmə işlərinin aparıldığını vurğulayan baş prokuror binanın yüksək səviyyədə inşa edilərək istifadəyə verildiyini diqqətə çatdırıb.
Zakir Qaralov bu binanın hakimlər, prokurorluq işçiləri, dövlət qurumlarının və korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərin nümayəndələri üçün artıq müzakirə meydanına çevrildiyini vurğulayıb.
Avropa Şurasının İnsan Hüquqları və Hüquq Məsələləri Baş İdarəsinin baş direktoru Filip Boya Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlaması çərçivəsində təşkil edilən konfransın yüksək səviyyədə keçirildiyini bildirib.
F.Boya Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı nitqində ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi müddətində mövqeyini açıq bəyan etdiyini deyib. Qeyd olunub ki, Azərbaycan Prezidenti nitqində bu bəşəri bəlanın tamamilə aradan qaldırılması üçün səmərəli mübarizənin aparılması ilə bağlı çağırış edib, bu məsələnin ölkəmizin prioritetlərindən biri olduğunu və ona qarşı milli səviyyədə gərgin mübarizənin aparıldığını bəyan edib.
“Biz ikigünlük konfransda milli səviyyədə təcrübələrimizi bölüşdük”, - deyən F.Boya müzakirələrə Avropa Şurası sərhədlərindən kənarda yerləşən ölkələrdən də nümayəndələrin qatılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Bu konfransın korrupsiyaya qarşı mübarizəyə böyük töhfə verəcəyinə əminliyini bildirən baş direktor yüksək qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü çatdırıb.
Baş prokuror Zakir Qaralov ikigünlük konfransın işini yekunlaşdırdığını elan edərək tədbir çərçivəsində səsləndirilən çıxışlarda və aparılan müzakirələrdə korrupsiyanın demokratik dəyərləri sarsıdaraq davamlı inkişafa və hüququn aliliyinə xələl gətirməsi, cəmiyyətin sabitliyi və təhlükəsizliyi üçün doğurduğu problemlərdən narahatlığın ifadə olunduğunu, bununla yanaşı, antikorrupsiya qanunvericiliyinin tətbiqi, korrupsiyaya qarşı mübarizə sahəsində qazanılmış müsbət nailiyyətlərin paylaşıldığını diqqətə çatdırıb. Baş prokuror dünyanın müxtəlif ölkələrini və korrupsiyaya qarşı mübarizə sahəsində ayrı-ayrı qurumları təmsil edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi baxımından da konfransın əhəmiyyətini xüsusi vurğulayıb: “Bir daha əmin olduq ki, korrupsiyanın qarşısının səmərəli surətdə alınması və ona qarşı mübarizə aparılması üçün çoxşaxəli yanaşma zəruridir və bu sahədə beynəlxalq əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir”.
Konfransda səslənən məruzələrin və çıxışların vahid nəşrdə toplanması haqqında qərar qəbul olunduğunu da diqqətə çatdıran baş prokuror deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev inkişaf etmiş ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi müsbət təcrübənin öyrənilməsinin dövlətimizin beynəlxalq əməkdaşlığının mühüm istiqamətlərindən biri olduğunu bildirib.
Zakir Qaralov konfrans zamanı qazanılan müsbət təcrübənin, biliklərin, səsləndirilmiş təkliflərin və konfransın nəticələrinin ölkələrimizdə korrupsiyaya qarşı mübarizə işinə təkan verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Daha sonra konfransın yekunları ilə bağlı mətbuat konfransı olub. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov tədbirdə müzakirə olunan məsələlərdən danışıb, mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

