/ / “İRS” jurnalının Çin dilində nəşr olunan növbəti nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğam haqqında məqaləsi dərc edilib
“İRS” jurnalının Çin dilində nəşr olunan növbəti nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğam haqqında məqaləsi dərc edilib
21.06.2014 [11:16]
“İRS” jurnalının Çin dilində nəşr olunan növbəti (ikinci) nömrəsi (“İRS-Yichan”) çapdan çıxıb. Azərbaycan həqiqətlərinin tanıdılması, ölkəmizin tarixi və mədəniyyəti haqqında çinli oxucuların daha dərindən məlumatlandırılması məqsədilə ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyinin və “İRS” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə nəşr olunan jurnalın növbəti sayı da nəfis tərtibatda diqqəti cəlb edir.
Jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə qayğısının və diqqətinin təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi Çinli oxuculara təqdim edilib.
Məqalədə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı danışılır. Qeyd olunur ki, Qarabağ muğam məktəbinin yetirmələri olan Cabbar Qaryağdıoğlu, Bülbül, Keçəçi oğlu Məhəmməd, sonrakı dövrlərdə Xan Şuşinski, Zülfü Adıgözəlov, Seyid Şuşinski, Yaqub Məmmədov və digər böyük xanəndələr muğam sənətimizdə silinməz izlər qoyublar. Müəllif yazır ki, Qarabağ muğam məktəbini təmsil edən ifaçıların böyük əksəriyyəti Şərqin musiqi konservatoriyası hesab olunan Şuşa şəhərində dünyaya gəliblər.
Bundan başqa, jurnalda baş redaktor Musa Mərcanlının Azərbaycan Xalq Cümhuriyyəti, tarix elmləri doktoru Arif Mustafayevin Xınalıq kəndi, onun tarixi və sakinləri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədovanın Azərbaycan Demokratik Respublikasının əsas nailiyyətləri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun Azərbaycanda ordu quruculuğu, Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun armudu stəkanda çay mədəniyyəti, tarix üzrə fəlsəfə doktoru Ətiqə İzmayılovanın Azərbaycanın qadın zərgərlik bəzək əşyaları haqqında məqalələri yer alıb. Jurnalda, həmçinin Çin Sosial Elmlər Akademiyasının Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa Araşdırmaları İnstitutunun baş elmi işçisi Yanq Cinin Azərbaycana səfərinin təəssüratları haqqında məqalə də çap olunub.
“İRS-Yichan” jurnalının nüsxələri Çinin elmi tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

