Azərbaycanın birinci xanımı Vatikana səfəri çərçivəsində Piyo-Klementino muzeyi ilə tanış olub
04.06.2014 [09:22]
Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanıb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində iyunun 3-də Piyo-Klementino muzeyi ilə tanış olub.
Birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, burada antik və intibah dövrünə aid dəyərli heykəltəraşlıq nümunələri qorunur. Belveder sarayında yerləşən bu muzey Vatikan muzeylər kompleksinə daxildir və eksponatlarının sayına, tarixi əhəmiyyətinə görə ümumbəşəri zənginliyi ilə seçilir. Əsas məqsədi qədim yunan və Roma incəsənət əsərlərinin qorunması olan muzeyin yaradılmasında Roma papaları XIV Kliment və VI Piya mühüm rol oynayıblar.
Diqqətə çatdırılıb ki, muzey daxili həyət, heyvanlar zalı, heykəllər qalereyası, Rotonda zalı, yunan xaçı zalı, büstlər qalereyası və digər bölmələrdən ibarətdir. Muzeyin daxili həyətində Papa II Yulinin dövrünə aid antik heykəllər sərgilənir. 1775-ci ildə Roma papası VI Piyanın göstərişi ilə həyətdə bərpa işləri aparılıb. Muzeydəki qiymətli eksponatlar arasında eradan əvvəl I əsrə aid edilən “Lakun və oğulları”, “Belveder Apollonu”, “Hermes” və digər abidələr dünya əhəmiyyətli tarixi əsərlər hesab edilir. Bərpasında məşhur heykəltəraş və rəssamların iştirak etdikləri bir çox əsərlərin qorunduğu muzeydəki heyvanlar zalında 150-yə yaxın müxtəlif heyvanın antik abidəsi var. Zənginliyinə görə dünyada analoqu olmayan zalın eksponatlarının bir hissəsi Yunanıstan və Romadakı qədim əsərlərin surətidir. Heykəllər qalereyası da zənginliyi ilə diqqət çəkir. Burada əvvəllər Roma Papası VIII İnnokentinin yay pavilyonu yerləşib. Qalereyada qədim Roma heykəlləri, həmçinin antik yunan heykəllərinin surətləri sərgilənir. Muzeyin büstlər qalereyasında orta əsrlər intibah dövrünə aid 100-dən artıq qədim əsər toplanıb.
Vatikan muzeylər kompleksinin əsası XVI əsrin sonunda Papa II Yuli tərəfindən qoyulub. Burada qədim dövrlərin izlərini yaşadan önəmli sənət əsərləri nümayiş olunur. Kompleksdə 54 qalereya mövcuddur. 2006-cı ildə muzeylərin 500 illik yubileyi böyük təntənə ilə qeyd olunub. “Pinakoteka Vatikana” incəsənət qalereyasında məşhur rəssamların əsərləri saxlanılır. Müasir dini incəsənət kolleksiyasının yerləşdiyi bölmədə də mühüm rəsm əsərləri və heykəllər nümayiş olunur. “Kiyaramonte” muzeyi müxtəlif daş kitabələrin, heykəllərin nümayiş olunduğu və bu növ heykəltəraşlıq nümunələrinin sayına görə ən böyük kolleksiyaya malik muzeydir. “Qreqoriano Etrusko” muzeyi səkkiz qalereyadan ibarətdir. Burada müxtəlif vazalar, bürünc əşyalar nümayiş olunur. Vatikan tarix muzeyində isə XVI əsrdən bu günədək Roma papası olmuş şəxslərin nadir portretləri, onlara aid müxtəlif əşyalar nümayiş etdirilir. Burada müxtəlif topoqrafik xəritələrin saxlandığı qalereya da yerləşir.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Vatikan şəhərinin qubernatorluğunun baş katibi, arxiyepiskop Fernando Verqes Alzaqanın görüşü olub.
Görüşdə Vatikan muzeyinə göstərdiyi marağa görə Mehriban Əliyevaya təşəkkür edən Fernando Verqes Alzaqa Heydər Əliyev Fondu ilə Vatikan muzeyi arasındakı əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.
Vatikan muzeyində qorunan sənət əsərlərinin hər birinin ümumbəşəri dəyərə malik olduğunu bildirən Azərbaycanın birinci xanımı deyib ki, rəhbərlik etdiyi Fond Azərbaycan ilə yanaşı, dünyanın bir çox ölkələrində bəşəri əhəmiyyət daşıyan sənət nümunələrinin qorunmasında yaxından iştirak edir.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54

