Azərbaycan səkkizinci Beynəlxalq Əl-Cəzirə Forumunda təmsil olunub
30.05.2014 [09:02]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və fondun əməliyyat departamentinin rəhbəri Ramil Əzizov Qətərin paytaxtı Doha şəhərində, Əl-Cəzirə Media Şəbəkəsi tərəfindən təşkil olunmuş “Ərəb dünyasında dəyişikliklər: istiqamət haradır?” mövzusunda Beynəlxalq forumda iştirak ediblər.
BAMF-nin informasiya departamentindən AzərTAc-a bildiriblər ki, tədbirdə Yaxın Şərqdə baş verən hadisələr, eləcə də dünyadakı mövcud siyasi durum müzakirə olunub.
Forum çərçivəsində “Ərəb ölkələrində dəyişikliklər zamanı gənclərin rolu”, “Media təlimləri və sosial dəyişikliklər”, Böhran dövründə insan haqlarının və medianın rolu”, “Türkiyənin regiondakı siyasətində baş verən dəyişikliklər və onun tətbiqi” mövzularında panel iclaslar keçirilib.
“Böhran dövründə insan haqlarının və medianın rolu” mövzusunda panel iclasda çıxış edən BAMF-nin sədri Umud Rəhimoğlu Azərbaycan ərazilərinin işğal faktorunun aradan qaldırılması, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilməsi istiqamətində birgə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
U.Rəhimoğlu deyib: “Bəzən beynəlxalq təşkilatlar Azərbaycanın bir milyondan artıq məcburi köçkününün hüquqlarından, müharibə zamanı öldürülən dinc insanların, media işçilərinin yaşamaq hüquqlarından deyil, daha çox maraq dairələrində olan məsələlərdən danışmağa üstünlük verirlər”.
Cənubi Qafqazda, eləcə də postsovet məkanında yaranan münaqişələrin mahiyyətinə toxunan BAMF sədri bu münaqişələrin yaranmasında obyektiv informasiyanın olmamasını həlledici faktor kimi qeyd edib.
Çıxışının sonunda o, bütün media qurumlarını, insan hüquqları müdafiəçilərini, vətəndaş cəmiyyətinin təmsilçilərini işğal faktorunun aradan qaldırılmasında eləcə də medianın, insan hüquq və azadlıqlarının qorunmasında həmrəy olmağa çağırıb.
Forum çərçivəsində U.Rəhimoğlu bir çox ciddi müzakirələrdə yaxından iştirak edib.
Beş yüzdən çox ictimai-siyasi xadimi bir araya gətirən səkkizinci Əl-Cəzirə Forumu regionda sülhün bərqərar olunması, azad medianın və insan haqlarının qorunması, humanitar böhran zamanı təhlükəsizliyin gücləndirilməsi istiqamətində çağırışlar ilə yadda qalıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

