Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransı keçirilib
23.04.2014 [09:26]
Dünən Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı keçirilib.
Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirlərinin iştirak etdikləri konfransda Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçiriləcək IV Zirvə görüşünə hazırlıq məsələləri müzakirə olunub. Nazirlər qarşıda gələn regional forumun proqramını və gündəliyini müzakirə ediblər.
Konfransda, həmçinin Xəzəryanı ölkələrin dövlət başçılarının 2010-cu ildə Bakıda keçirilmiş Zirvə görüşünün qərarlarının yerinə yetirilməsi istiqamətində görülən işlər, o cümlədən Xəzər dənizinin hüquqi statusunun işlənib hazırlanması, təhlükəsizlik, ətraf mühitin mühafizəsi, bioloji su resurslarının qorunub saxlanması və onlardan səmərəli istifadə olunması, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması kimi məsələlər təhlil edilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransda çıxış edərək bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən görüşündən 4 il ötüb və artıq əməkdaşlığın gələcək istiqamətlərinin müəyyən edilməsi üçün zərurət yaranıb. Dövlət başçılarının bu ilin payızında Həştərxanda keçiriləcək Zirvə görüşünün gündəliyinin hazırlanması və yekun sənədlərin qəbul edilməsi Xəzərin statusunun müəyyənləşdirilməsi istiqamətində əsas prinsiplərin razılaşdırılmasında irəliləyişin əldə olunmasına kömək edəcək və əməkdaşlıq üçün mövcud bazanı möhkəmləndirəcək.
E.Məmmədyarov deyib: “Bu baxımdan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanmasına dair xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun fəal işini, habelə bu qrupun dövlət başçılarının Həştərxan Zirvə görüşünün yekun sənədinin razılaşdırılmasına dair səylərini xüsusi qeyd etmək istərdim”.
Nazir vurğulayıb ki, hazırda Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair Saziş imzalanmaq üçün hazırdır. Eyni zamanda, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş də razılaşdırılıb. Xəzərin bioloji ehtiyatlarının qorunub saxlanması və onlardan rasional istifadə edilməsi haqqında Sazişin razılaşdırılması üzərində iş başa çatır. Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 2010-cu ildə Bakıda imzalanmış Sazişin Xəzəryanı dövlətlərin hamısı tərəfindən ratifikasiya edilməsi bu sahədə əməkdaşlığa yeni təkan verib.
Nazir E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan Xəzəryanı dövlətlərin Xəzər dənizinin bugünkü ekoloji vəziyyəti ilə bağlı narahatlığını bölüşür. Eyni zamanda, 2015-ci ilin yanvarında Katibliyi qəbul edəcək ilk ölkə kimi Azərbaycan bu istiqamətdə uğurlu fəaliyyət üçün hər bir şərait yaratmağa hazırdır. Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinin ətraf mühitin qorunmasına dair müddəaları da tamamilə razılaşdırılıb.
Azərbaycan xarici işlər naziri deyib ki, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəqli istiqamətində investisiya mühitinin yaxşılaşdırılması, etibarlı kommunikasiyaların yaradılması, yüksək rentabelli və ekoloji cəhətdən təmiz texnologiyaların cəlb edilməsi prioritet məsələlər olaraq qalır. E.Məmmədyarov bildirib: “Xəzər dənizi bir çox beynəlxalq və regional layihələrdə nəqliyyat dəhlizi kimi mühüm rol oynayır. Xəzər dənizini Qara dəniz və Aralıq dəniz ilə birləşdirən layihələrin, o cümlədən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin, habelə Bakı-Tbilisi-Ərzrum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələrin həyata keçirilməsi Xəzər regionu ölkələrinin iqtisadi inkişafına və rifahına, dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir”.
Nazir bildirib ki, Xəzər dənizində hərbi fəaliyyət Xəzəryanı dövlətlərin hər biri üçün bərabər təhlükəsizlik şəraitinin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, regionda dostluğun, əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət edə bilər. E.Məmmədyarov ümidvar olduğunu bildirib ki, ticarət gəmiçiliyi, gəmilərin digər ölkələrin milli suverenliyi altında olan sulardan dinc məqsədlərlə keçməsi hüququ, Xəzərin dibindən kabellərin və boru kəmərlərinin çəkilməsi, habelə elmi tədqiqatların aparılması məsələləri beynəlxalq dəniz hüququ çərçivəsində beynəlxalq normalara uyğun danışıqlar prosesində həll olunacaq. Nazir deyib: “Biz Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında imzalanmış sazişləri yüksək qiymətləndiririk. Bu sazişlər Xəzər dənizinin hüquqi statusunun ayrılmaz hissəsi və ümumi razılaşmaların əldə edilməsi üçün əsasdır. Azərbaycan əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzərin hüquqi statusuna dair bütün məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət, qarşılıqlı tərəfdaşlıq ruhunda, dinc yolla və danışıqlar vasitəsilə həllinə tərəfdardır”.
Görüş başa çatdıqdan sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, bugünkü tədbirdə bütün nazirlər Xəzərdə qarşılıqlı fəaliyyətin əsas prinsiplərinə - bərabər hüquq, bir-birinin maraqlarının nəzərə alınması və Xəzəryanı dövlətlərin suveren hüquqlarının həyata keçirilməsi prinsiplərinə və ilk növbədə təhlükəsizliyin qorunması və 5 dövlətin rəhbər tutduğu qaydaların müəyyən edilməsinə tərəfdar olduqlarını təsdiq ediblər. Konfransda Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair 2010-cu ildə Bakıda imzalanmış razılaşmalara yeni protokolların əlavə edilməsi və bununla da terrorizm, narkotrafik, brakonyerlik və digər çağırışlarla mübarizədə qarşılıqlı əməkdaşlığı fəallaşdırmaq barədə razılıq əldə edilib. Xarici işlər nazirləri Xəzərin dəniz mühitinin mühafizəsinə dair çərçivə Konvensiyasının daha səmərəli yerinə yetirilməsi üzrə də razılığa gəliblər. S.Lavrov vurğulayıb ki, konfrans iştirakçılarının konstruktiv yanaşması növbəti Zirvə görüşünə hazırlıq istiqamətində nəzərəçarpacaq nəticələr əldə edilməsinə imkan verib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında qeyd edib ki, Xəzəryanı dövlətlərin hər biri enerji sahəsi də daxil olmaqla regionda öz layihələrini həyata keçirir. Bu baxımdan, xarici işlər nazirlərinin vəzifəsi Həştərxan Zirvə görüşünə hazırlığı həyata keçirmək və Xəzər dənizinin dostluq və əməkdaşlıq regionu olaraq qalmasına çalışmaqdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

