Növbəti 5 ildə bütün kənd yolları yenidən qurulacaq
12.04.2014 [09:59]
Prezident İlham Əliyev: Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olmuşdur
Hazırda Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan dövlətlərdən biridir. Bu da səbəbsiz deyil. Belə ki, həyata keçirilən məqsədyönlü siyasət, aparılan davamlı sosial islahatlar respublikada hərtərəfli inkişafa təkan verib. Heç şübhəsiz, əldə edilən uğurlar ölkədə sosial infrastrukturun inkişafına da müsbət təsir göstərib. Onu da vurğulamaq yerinə düşər ki, bu gün paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarının da inkişafı diqqətdə saxlanılır. Məqsəd isə Bakı ilə ətraf qəsəbələr və bölgələr arasında fərqi aradan qaldırmaqdır.
Yeri gəlmişkən, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də müasir standartlara cavab verən nəqliyyat sisteminin yaradılmasıdır. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycanda nəqliyyat infrastrukturunun sürətli templərlə yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Daha dəqiq desək, ökənin nəqliyyat sektorunun inkişafının iqtisadiyyatın digər sahələrində yüksəlişə ciddi təsir göstərən amil olduğunu əvvəlcədən nəzərə alaraq dövlət investisiya siyasətində bu sektora xüsusi diqqət ayırıb. Təkcə 2008-2013-cü illər ərzində 3860 kilometr, o cümlədən 1240 kilometr respublika əhəmiyyətli, 2620 kilometr rayonlararası və kəndlərarası yollar tikilib və təmir olunub, avtomobil yollarında 158 körpü inşa edilib. Son 10 il ərzində isə ümumilikdə 10 min kilometrə qədər avtomobil yolları tikilib.
Məlumdur ki, nəqliyyat infrastrukturu sadəcə yol, müəssisə, qurğu, konstruksiyalar deyil, bu, ilk növbədə daşımaları, yeni iş və xidmətlərə çıxışı təmin edən əsas vasitə, ticarət və iqtisadi inkişafa təkan verən milli iqtisadiyyatın təməllərindəndir. Buna görə də, Azərbaycan nəinki respublikada, eyni zamanda, regionda müasir tipli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr reallaşdırıb. Ümumiyyətlə, Azərbaycanda beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, infrastrukturun inkişafı, bu sahənin davamlı maliyyələşdirilməsi, xidmətin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin sadələşdirilməsi məsələləri uğurla həll edilib, ölkəmizdə nəqliyyat sahəsinə sərmayə qoymaq üçün əlverişli şərait yaradılıb. Bütövlükdə son 5 ildə Azərbaycanın nəqliyyat sahəsinə yatırılan investisiyalar ölkə iqtisadiyyatının bütün sahələrinə qoyulan investisiyaların 20 faizini təşkil edir. Həmçinin, ölkəmiz bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısı kimi TRASECA nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və Ələtdə beynəlxalq dəniz ticarət limanının tikintisini reallaşdırır.
Yeri gəlmişkən, yol infrastrukturunun inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib ki, ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır: “Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olmuşdur. İlk növbədə, magistral yollardan, ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir rayonda yol layihələri icra edilir. Burada əyləşən bütün rayonların icra başçıları bu işlərə fəal şəkildə cəlb edilmişlər. Mən hər bir rayonda olarkən onlardan daha yeni təkliflər alıram. Həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan kənd yollarının tikintisinə böyük vəsait ayrılır, ayrılacaqdır. Növbəti beş il ərzində bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaqdır”.
Bu məqamda onu da qeyd edək ki, Azərbaycanda yol infrastrukturu sahəsində tikinti işləri sadəcə magistral yolları deyil, eyni zamanda, kənd və ucqar bölgələrdəki yolları da əhatə edir. Son günlər bölgələrdə avtomobil yollarının əsaslı bərpası və tikintisi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar da onu deməyə əsas verir ki, bütün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi prosesi daim diqqət mərkəzindədir və bu proses davam etdirilir. Belə ki, martın 27-də dövlət başçısı “Saatlı rayonunun Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sözügedən Sərəncamda bildirilir ki, “Qırx dörd min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,7 milyon (üç milyon yeddi yüz min) manatı Saatlı rayon İcra Hakimiyyətinə ayrılsın”.
Martın 28-də Prezident İlham Əliyev “Quba rayonunun Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama əsasən 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 5,3 milyon manat vəsait ayrılıb. “Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin martın 31-də imzaladığı Sərəncama əsasən isə 27 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon (altı milyon yeddi yüz min) manatı Gədəbəy rayon İcra Hakimiyyətinə ayrılıb. Aprelin 1-də isə Prezident İlham Əliyev “İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən 4 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün 3,4 milyon manat ayrılıb.
Dövlət başçısı həmçinin, aprelin 2-də Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Bu Sərəncama əsasən 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon (üç milyon səkkiz yüz min) manatı Qax rayon İcra Hakimiyyətinə ayrılıb.
Beləliklə göründüyü kimi, Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilib. Artıq bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. Son günlərdə imzalanmış sərəncamlar isə kənd yollarının yenidən qurulması ilə yanaşı əhalinin gediş-gəlişinin rahatlığı baxımından böyük əhəmiyyət kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20

