/ / Qafqaz Müsəlmanları İdarəsinin sədri Qaraçay-Çərkəz Respublikasında keçirilən konfransda radikalizmə qarşı mübarizənin zəruriliyindən danışıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri Qaraçay-Çərkəz Respublikasında keçirilən konfransda radikalizmə qarşı mübarizənin zəruriliyindən danışıb
12.04.2014 [09:56]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti aprelin 10-da Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında səfərdə olub.
Paytaxt Çerkessk şəhərində keçirilən “Ruhanilik-Rusiyanın birliyinin möhkəmləndirilməsində və millətlərarası münasibətlərdə mühüm amil kimi” mövzusunda konfransda iştirak edən Allahşükür Paşazadə Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezova, Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevə və tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.
Şeyxülislam çıxışında Qafqazda baş verən hadisələrdən, radikal cərəyanlardan danışıb, radikalizmə qarşı mübarizədə din xadimlərinin birgə addımlarının önəmini qeyd edib. Regionda sülh və əmin-amanlığın qorunması üçün radikal cərəyanları mötədil İslama çağıran Qafqaz Müsəlmanları İdarəsinin sədri bu yolda bütün səyləri əsirgəməməyin vacibliyini vurğulayıb.
Səfər zamanı Allahşükür Paşazadə Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin 60 illik yubileyi münasibətilə təşkil olunan tədbirlərdə də iştirak edib, Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb.
Şeyxülislam, həmçinin sədrlik etdiyi Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə də görüşüb, Şuranın son yığıncağından ötən dövrdə görülən işlər haqqında hesabatı dinləyib.
Səfərin sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovla görüşüb. Söhbət zamanı Rəşid Temrezov ötən il Azərbaycana səfərini, Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladıb. O deyib ki, Azərbaycanın sürətli inkişafı bütün bölgə üçün böyük önəm kəsb edir.
Allahşükür Paşazadəni Çerkessk şəhərində tikilən yeni Cümə məscidinin açılışına dəvət edən Rəşid Temrezov onun salamlarının Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırılmasını xahiş edib.
Səfərdə Allahşükür Paşazadəni Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, QMİ sədrinin birinci müavini Salman Musayev və digər şəxslər müşayiət ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

