Siyavuş Novruzov: “Müsavat”ın böyük bir hissəsi İsa Qəmbəri yenidən başqan görmək istəmir
12.04.2014 [09:55]
“Müsavat”ın yeni başqanının kim olacağı, ilk növbədə, “Müsavat”çıların özlərinin seçimindən asılı olan məsələdir”. Bunu Gün.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Partiyasında keçirilməsi gözlənilən növbəti qurultay və bu qurultayda yeni başqanın seçilməsi məsələsi ilə bağlı həmin partiyanın daxilində baş verənlərə, o cümlədən, bu məsələ ətrafında mediada yer alan ehtimallara münasibət bildirərkən dilə gətirib.
Onun sözlərinə görə, Müsavat Partiyası, xüsusilə, partiyanın indiki başqanı və rəhbərlikdə olan bəzi şəxslər növbəti qurultayın keçirilməsində maraqlı deyillər. Məhz bu səbəbdən də onlar müxtəlif bəhanələrlə, şoularla qurultaydan və ya qurultay üçün təklif olunan yerlərdən imtina etməyə, qurultayın keçirilmə vaxtını uzatmağa çalışırlar: “Xatırladım ki, hələ il yarım-iki il bundan öncə bunlar qurultay keçirməklə bağlı fikir irəli sürməyə, qurultay nümayəndələrini seçməyə başladılar, ancaq sonradan bəhanələri də bu oldu ki, guya Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Müsavat”çılara qurultay üçün münasib yer ayrılmır”.
S.Novruzov onu da əlavə edib ki, istənilən bir qurumla müqavilə bağlayıb, tədbir, qurultay keçirmək mümkündür: “Məsələn, YAP bütün tədbirlərini ayrı-ayrı hotellərdə və ya ayrı-ayrı özəl müəssisələrdə keçirir. Müqavilə bağlayır, pulu ödəyir və tədbirimizi keçiririk. Nə Bakı şəhər İcra Hakimiyyətinə, nə Mədəniyyət və Turizm Nazirliyinə, nə də hər hansı bir quruma tədbir keçirmək üçün müraciət etmirik. Yenə deyirəm, ayrı-ayrı özəl müəssisələrlə müqaviləmizi bağlayıb tədbirlərimizi keçiririk. Bunların, İsa Qəmbər tərəfdarlarının bəhanələri isə tamam başqadır və məsələ də, əslində, ondan ibarətdir ki, (hətta bizə də yerlərdən məlumatlar daxil olur) Müsavat Partiyasının özünün böyük bir hissəsi İsa Qəmbərin yenidən başqan olmasını istəmir. Bu da heç şübhəsiz İsa Qəmbərə və onun tərəfdarlarına sərf etmir”.
YAP İcra katibinin müavini bildirib ki, əgər qurultay zamanı başqanlıqla bağlı seçki, səsvermə düzgün keçirilsə, İ.Qəmbər yenidən “Müsavat” başqanı seçilə bilməyəcək: “Ancaq təbii ki, saxtalaşdırma olsa, o, yenidən başqan seçiləcək. Necə ki, Müsavat Partiyası Gənclər Təşkilatının yeni sədri məhz saxtalaşdırma nəticəsində həmin posta seçildi. Bu da birbaşa “Müsavat” başqanının yardımı, dəstəyi və təzyiqi nəticəsində baş verdi. Hər halda bunu da biz deyil, Müsavat Partiyası Gənclər Təşkilatının bəzi üzvləri özləri açıq şəkildə etiraf edir və təsdiqləyirlər. Onlar özləri bu yöndə mətbuatda bir sıra açıqlamalarla çıxış ediblər. Ona görə İsa Qəmbər və onun azsaylı tərəfdarları “Müsavat”ın növbəti qurultayının keçirilməsində maraqlı deyillər və qurultaydan yayınmaq üçün müxtəlif bəhanələr uydururlar”.
S.Novruzov onu da deyib ki, “Müsavat” başqanlığına bir sıra iddialı şəxslər var və onlar artıq öz iddialarını ortaya qoyublar: “Onların da hər biri təbii ki, özlərinin başqan seçilməsini istəyir və bu zaman da bir-birlərinə qarşı açıq şəkildə savaş açmaqdan çəkinmirlər. Ümumiyyətlə, dünyanın hər yerində də belədir ki, bir partiya sədri hansısa bir seçkidə qalib gəlmirsə, uduzursa, o zaman vəzifəsindən istefa verir, siyasətdən gedir, yerini başqasına verir. İsa Qəmbər isə 1990-cı ildən bu yana heç bir seçkidə qalib gələ bilməyib. Sadəcə, 1990-cı ilin parlament seçkilərində keçmiş prezident Ayaz Mütəllibovun siyahısı ilə o zamankı Ali Sovetə deputat seçilib, ondan sonrakı bütün seçkiləri uduzub. Özü də onun namizəd olduğu dairənin bütün məntəqələrində beynəlxalq müşahidəçilər olub və həmin müşahidəçilər özləri də şahid olublar ki, seçkilər tam demokratik, azad, ədalətli, şəffaf şəkildə keçirilib. Yəni, demokratik, azad, ədalətli seçkilərdə İsa Qəmbər uduzub, seçicilər tərəfindən dəstəklənməyib. Ancaq buna baxmayaraq, 20 ildən çoxdur ki, “Müsavat”ın başqanlığından getmir. Ona görə artıq Müsavatda da belə düşünürlər ki, bu adam partiyanı getdikcə geriyə aparır və “Müsavat” tamam iflasa doğru gedir. Bu baxımdan da istəyirlər ki, partiyadaxili dəyişikliklər etsinlər, yeni başqan seçsinlər. Ancaq bütün hallarda, dediyim kimi, seçim “Müsavat”ın özünündür”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

