Enerji təhlükəsizliyi: Azərbaycanın statusu yeni səviyyədə
12.04.2014 [09:50]
Krım hadisələri qlobal miqyasda enerji məsələsini daha da aktuallaşdırıb. Avropanın qaz təminatında Rusiyadan ciddi surətdə asılı olması bu aspektdə daha aktual geosiyasi məzmun kəsb etməyə başlayıb. Bunun fonunda “Cənub dəhlizi” layihəsinin də əhəmiyyəti artıb. Artıq Qərb siyasətçiləri və ekspertləri bu barədə açıq danışırlar. Şübhəsiz, həmin məsələdə Azərbaycanın rolu ayrıca maraq doğurur. Bakı əvvəlcədən bu layihənin vacibliyini vurğulayırdı və ona dəstək verirdi. İndi baş verənlər rəsmi Bakının nə qədər haqlı olduğunu sübut edir. Lakin bu reallıq regionda başqa aktual geosiyasi məsələləri ön plana çıxarır.
“Cənub dəhlizi”: Azərbaycanın uzaqgörənliyi
Rusiyanın Krıma müdaxiləsindən sonra Qərbin enerji ilə təminatı məsələsində bir sıra suallar meydana çıxıb. Reallıqda məsələnin digər tərəfi Vaşinqton və Brüsselin Moskvanın postsovet məkanında aqressiv davranışlarını cilovlamaq arzusu ilə bağlıdır. Bu səbəbdən söhbət yalnız iqtisadi-energetik mahiyyətli deyil. Burada geosiyasi məqamın da rolu mövcuddur.
Hazırda Qərb siyasətçiləri problemi yeni energetik balans yaratmaq müstəvisində təqdim edirlər. Onun iki əsas prinsipi vardır: birincisi, Avropanın qazla təminatında Rusiyanın payını azaltmaq; ikincisi, alternativ enerji mənbələri hesabına Qərbin yeni böhrana düşməməsinə nail olmaq. Bunlar bir-biri ilə əlaqəlidir. Eyni zamanda, müəyyən ziddiyyətli məqamları özlərində birləşdirirlər.
Məsələ ondan ibarətdir ki, enerji faktoru müasir dövrdə son dərəcə siyasiləşib və həmin sahəyə aid hər hansı problemin həlli Qərb-Rusiya münasibətlərinin bütün tərəflərini əhatə edir. Əlavə olaraq, postsovet məkanında yerləşən təbii enerji ehtiyatları ilə zəngin ölkələr böyük geosiyasi güclərin mübarizəsinə cəlb edilirlər. Konkret olaraq, enerji məsələsi geosiyasi maraqların yaratdığı gərginliyin mərkəzinə düşmüş olur.
Bu aspektdə Krım hadisələrindən sonra yeni enerji balansı yaratmaq xətti özü ilə xeyli mürəkkəb və qeyri-müəyyən məqamlar daşımış olur. Son günlər müşahidə edilən diplomatik fəallığın fonunda bunu təsdiq edən əlamətləri görə bilərik. Əvvəlcə onu vurğulayaq ki, Qərb Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi mərhələsinə keçir (bax: Evrosoöz sostavil “çernıe spiski” s zapasom / “Kommersantc”, 9 aprel 2014). Doğrudur, avropalı rəsmilər bu addımları “aralıq tədbirlər” kimi xarakterizə edirlər. Lakin məlumdur ki, bu cür sözlərin arxasında enerji məsələsi ilə bağlı narahatlıq da dayanır. Çünki Qərbin neft və qazla təminatında Rusiyanın payı 30 faiz təşkil edir! Bu, kiçik rəqəm deyil.
Digər tərəfdən, Moskva da cavab addımları atır. Onun da müəyyən sanksiyalar tətbiq etmək imkanları var. Ekspertlərin qənaətinə görə, “qlobal və iqtisadi tarazlıq düşünüldüyündə Qərbin manevr etmək miqyasının məhdudluğu, Rusiyanın enerjiyə bağlı qeyri-sabit iqtisadiyyatı bu mərhələnin ən diqqətçəkən məqamlarıdır” (bax: Hasan Selim Özertem. Kırımın ardına Batı ve Rusyada enerji dengelerini konuşmak / Uluslararası Stratejik Araştırmalar Kurumu (USAK), 4 aprel 2014).
Mütəxəssislər həmin kontekstdə Qərb ölkələrinin daxilində Rusiyaya qarşı nə dərəcədə sərt olmaqla bağlı vahid mövqenin olmadığını da vurğulayırlar. Belə ki, Almaniya, Türkiyə və İtaliyanın Rusiyadan qaz asılılığı böyükdür. Onlar Moskva ilə “yumşaq davranmağa” üstünlük verirlər. Böyük Britaniya isə daha sərt tələblərlə çıxış etməyə meyillidir (bax: əvvəlki mənbəyə).
Bütövlükdə isə, Qərbin enerji aspektində Rusiyaya münasibətinə Vaşinqtonun mövqeyi ciddi təsir edir. ABŞ artıq Avropanın Moskvadan olan enerji asılılığından xilas olmasını istəyir. Dövlət katibi Con Kerri Krım hadisələrindən sonra enerji təhlükəsizliyi mövzusunda qəti addımlar atmaqda qərarlı olduqlarını bildirib (bax: əvvəlki mənbəyə). Virciniya ştatından olan senator M.Verner isə aprelin 1-də Atlantik Şurasında etdiyi çıxışında “Amerikanın üzərinə düşəni etməli olduğu”nu xüsusi vurğulayıb.
Bu deyilənlər Qərbin siyasi-diplomatik gündəminə enerji ilə təminatın alternativ yollarını axtarmaq məsələsini gətirib. Həmin kontekstdə Böyük Britaniyanın xarici işlər naziri U.Heyqin Krım hadisələrindən dərhal sonra dediyi aşağıdakı fikir düşündürücüdür. Nazir vurğulamışdı: “...Avropanın gələcək planlarında Türkiyə və Azərbaycan vacib rol oynayırlar” (bax: Gonul Tol, Alex Vatanka. Restoring Energy Security After Crimean / “The National Interest”, 4 aprel 2014).
Alternativ enerji marşrutları: yollar Bakıda kəsişir
Burada söhbət, ilk növbədə, enerji məsələsindən gedir. Vaşinqton da Avropanın neft və qazla təminatında Azərbaycanın rolunun artmasını istəyir. Bu kontekstdə “Cənub dəhlizi” adlanan layihənin aktuallığı çoxalıb. Məlumdur ki, bu layihədə Azərbaycanın xüsusi yeri vardır. İdeya Avropaya məxsus olsa da, Bakı əvvəlcədən onu dəstəkləmişdi. Azərbaycan “NABUCCO”dan fərqli olaraq, bu marşrutun daha səmərəli olduğunu bildirmişdi. İndi baş verən hadisələr göstərir ki, rəsmi Bakı bu məsələdə tam haqlı imiş.
Üstəlik, Azərbaycan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin təşəbbüskarı və əsas maliyyəçisi olaraq həmin istiqamətdə konkret addımlar atdı. Hazırda mütəxəssislər “Cənub dəhlizi”nin imkanlarını qiymətləndirərək, bunun Qərbə, Türkiyəyə və Azərbaycana verə biləcəyi dividendləri təhlil edirlər (bax: məs., Gonul Tol, Alex Vatanka. Göstərilən məqalə). Onlar bu layihənin səmərəliliyini vurğulayırlar. Ancaq burada diqqət yetirilməli olan vacib bir məqam vardır.
Biz Azərbaycanın əvvəlcədən bu cür təşəbbüskarlığının Qərb tərəfindən lazımi səviyyədə dəyərləndirilməməsini nəzərdə tuturuq. Onu demək lazımdır ki, Bakı bu kimi addımları ilə heç vaxt birtərəfli qərbpərəst mövqedə olmayıb. Azərbaycan həmişə qüvvələr balansını gözləyib. Eyni zamanda, öz maraqlarına uyğun gələn məqamlarda beynəlxalq hüquq çərçivəsində hərəkət edib. Buna görədir ki, hazırda Bakının yeritdiyi enerji siyasətini bütün böyük dövlətlər qəbul edirlər.
Qərb isə bu aspektdə heç də həmişə səmimi davranmayıb. Ermənistanın təcavüzkarlığının qarşısının alınması üçün Azərbaycanın etdiyi müraciətlər faktiki olaraq, cavabsız qalıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ və Fransa müxtəlif bəhanələrlə erməniləri müdafiə ediblər. İndi isə Yerevan bütün hərəkətləri ilə marginallığını nümayiş etdirir. Ermənistan Gömrük İttifaqına daxil olmaqda israrlıdır. BMT-dəki səsvermədə isə Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verib.
Bunların fonunda Qərbin Cənubi Qafqaz siyasətinə hansı düzəlişləri edəcəyi maraq doğurur. Çünki artıq süni manevrlər mərhələsi başa çatıb. Ermənistan ikiüzlülüyünü gizlədə bilməz. Azərbaycan isə aktiv fəaliyyəti ilə regionun təhlükəsizliyi üçün töhfələrini verir. Qərb bunları görməli və uyğun nəticələr çıxarmalıdır.
Burada onu qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Rusiya ilə münasibətlərinə böyük önəm verir. Bütün sahələrdə iki ölkə arasında əməkdaşlıq inkişaf edir. Bundan sonra da həmin prosesin intensivləşəcəyinə şübhə yoxdur. Kimsənin Azərbaycandan anti-Rusiya məqsədlərlə istifadə etməsi imkansızdır. Ancaq Bakı müstəqil xarici siyasətini də davam etdirməkdə qərarlıdır. Bu aspektdə ölkənin xarici siyasət kursunda balanslaşma xəttinin yeni mərhələyə qədəm qoyduğunu deyə bilərik. Sevindiricidir ki, Azərbaycan rəhbərliyi bu istiqamətdə çox dəqiq və səmərəli addımlar atmaqdadır.
Bütün bunlar Cənubi Qafqazda yeni geosiyasi tarazlığın formalaşmaqda olduğunu göstərir. Azərbaycan bu prosesdə aparıcı mövqeyə çıxır. Onun əvvəlcədən dəstəklədiyi enerji layihələrinin faydalı olduğuna indi bütün Qərb dünyası əmin olur. Növbə Vaşinqton və Brüsselindir. Əgər onlar ədalətli barışı, qarşılıqlı-faydalı əməkdaşlığı və real inteqrasiyanı arzulayırlarsa, bu region istiqamətindəki siyasətlərinə düzəlişlər etməlidirlər. İkili standart yalnız mənfi nəticələr verə bilər.
Onu da unutmaq olmaz ki, Azərbaycan və Türkiyənin regionda geosiyasi mövqeləri təbii olaraq möhkəmlənir. Bu da Rusiya, İran və Türkmənistan kimi dövlətlərin Azərbaycan amilini xüsusi nəzərə alması zərurətini meydana çıxarır. Bir sözlə, Cənubi Qafqaz məsələsi dünya geosiyasətində yeni rol oynamağa başlayır.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

