/ / Leyla Əliyeva: Xalqımız üçün tolerantlıq hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq
Leyla Əliyeva: Xalqımız üçün tolerantlıq hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq
05.04.2014 [10:58]
Xəbər verdiyimiz kimi, aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Rza Deqatinin ölkəmizdə dini tolerantlığa həsr olunmuş “Azərbaycan. Tolerantlıq məkanı” fotosərgisi açılıb. Fotosərgini ölkəmizin Rusiyadakı səfirliyi, habelə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi təşkil ediblər.
Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış Rusiya siyasətçiləri və mədəniyyət xadimləri iştirak ediblər.
Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycan tarixən bütün millətlərin nümayəndələri üçün qonaqpərvər ev olub. Yəhudi icması Azərbaycanda bütün xalqlarla sülh şəraitində yaşayıb və yaşayır. A.Boroda deyib: “Mühüm məsələ budur ki, bu sərgiyə gələn başqa dövlətlərin nümayəndələri öz ölkələrində belə səmimi mühiti necə yaradacaqları barədə düşünsünlər. Rusiyanın bir çox regionlarının nümayəndələri də bu sərgidən çox şey əxz edə bilərlər. “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi pəncərədə işıqdır, bu pəncərədən baxmaq, diqqəti bunun üzərində cəmləmək lazımdır”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək səmimi qəbula və qonaqpərvərliyə görə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinə minnətdarlığını bildirərək deyib: “Bu gün biz sizə tanınmış fotoqraf Rza Deqatinin müasir dünyanın ən aktual mövzularından birinə - tolerantlıq mövzusuna dair işlərini təqdim edirik. Bu işlər fotoqrafın Azərbaycanda tolerantlıq ruhuna səmimi və obyektiv baxışıdır. Onun əsərlərinin qəhrəmanları xristianlar, yəhudilər və müsəlmanlardır. Onlar birlikdə çoxmədəniyyətli, müasir, çoxşaxəli Azərbaycan adlı vahid mənzərə yaradırlar. Azərbaycanda - bu qədim torpaqda həmişə müxtəlif millətlərə, mədəniyyət və ənənələrə məxsus insanlar yaşamışlar. Onların hər biri öz töhfəsini vermiş və tarixdə öz izini qoymuşdur. Bu gün ölkəmizdə xristianlar, müsəlmanlar və yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Tolerantlıq anlayışı xalqımız üçün hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq. Azərbaycanda yəhudiliyin 2400 il tarixi vardır, halbuki bu torpaqda ilk kilsə IV əsrdə, ən qədim məscid isə VIII əsrdə yaranmışdır.
Xristianlar, müsəlmanlar və yəhudilər bu qədim diyarı öz Vətəni sayırlar. Bu gün ölkəmizdə sinaqoqlar, məscidlər, pravoslav və katolik kilsələri, habelə atəşpərəst məbədləri görmək olar. Azərbaycanda 21 qeyri-müsəlman icması mövcuddur. Tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənənələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanılır, daha doğrusu, bu, Azərbaycan xalqının ən böyük sərvətidir. Azərbaycan beynəlxalq dialoqu, mədəni dialoqu dəstəkləyir. Artıq bir neçə ildir ölkəmizdə dünyanın hər yerindən qonaqların bir araya gəldiyi Beynəlxalq Humanitar Forum, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə idman yarışları, elmi diskussiyalar, yaradıcılıq tədbirləri keçirilir. Heydər Əliyev Fondu bu mövzuya böyük diqqət yetirir. Fondun səyləri ilə Azərbaycanda 20-ə yaxın məscid, sinaqoq və kilsə təmir olunmuşdur. Fond təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də belə fəaliyyətlə məşğuldur. Heydər Əliyev Fondu Fransada X əsrə aid kilsəni təmir etmişdir. Bundan əlavə, Strasburq, Versal və Vatikanda abidələrin, kilsələrin bərpasına kömək etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu yaxınlarda Həştərxanda müqəddəs knyaz Vladimirə abidə qoyulmuşdur.
Bu gün biz Rusiyanın paytaxtı Moskvada belə bir tədbir keçiririk. Rusiya çoxmillətli ölkədir. Burada təqribən yüz xalqın nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır və müxtəlif dinlərə etiqad edirlər. Azərbaycan və Rusiyanı uzun illər dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. Ümumi tariximiz var və biz bir-birimizi yaxşı anlamağı öyrənmişik. Bu gün dünyada multikulturalizm anlayışı, təəssüf ki, şübhə altına alınır. Bir çox münaqişələr bəzən bir-birini anlamaqdan və başa düşməkdən imtina etmək səbəbindən baş verir. Odur ki, inam, anlayış, ehtiram və sevgini qoruyub saxlamaq bu gün çox vacibdir”.
Sonra sərgidə nümayiş olunan fotoşəkillərin müəllifi, dünyanın ən tanınmış fotoqraflarından biri, mənşəcə azərbaycanlı Rza Deqati bu nəcib təşəbbüsü dəstəklədiyinə görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda şahidi olduğu dözümlülük mühiti dünyada ən nadir modellərdən biridir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, zəmanəmizdə biz hər gün faciəli hadisələrin şahidi oluruq. Zərərçəkənlərin təqsiri isə yalnız bundan ibarət olur ki, başqa cür düşünür, yaxud başqa cür dua edir və geyinirlər. Onun sözlərinə görə, belə sərgilər, Rza Deqatinin çəkdiyi fotoşəkillər kimi gözəl şəkillər bu cür kədərli halların getdikcə daha da azalması üçün lazımdır. Səfir deyib: “Azərbaycan dövləti dini tolerantlığın qorunmasına kömək edir. Bu yaxınlarda dövlət hesabına xristian mədəniyyət mərkəzi inşa edilmişdir. Sinaqoq tikilmiş və yəhudi icmasının istifadəsinə verilmişdir”.
P.Bülbüloğlu onu da bildirib ki, Azərbaycanın müsəlman, xristian və yəhudi icmalarının rəhbərləri və nümayəndələri məxsusi olaraq sərginin açılış mərasimində iştirak etmək üçün Moskvaya gəliblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Ekspozisiyada dünya şöhrətli fotoqraf R.Deqatinin Azərbaycana səfərləri zamanı çəkdiyi fotoşəkillər nümayiş etdirilir. Fotoşəkillərdə Müqəddəs Məryəm Kilsəsi, Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi, Qax rayonunda Kürmük məbədi, Şamaxıda Cümə Məscidi, Şəhidlər xiyabanı, Əjdərbəy Məscidi, Məşədi Dadaş Məscidi, Çotari kilsəsi (Müqəddəs Yelisey Kilsəsi) təsvir olunub. Bundan əlavə, Quba rayonunda yerləşən Qırmızı Qəsəbədə və “Xabad Or-Avner” məktəbində və s. çəkilmiş şəkillər nümayiş etdirilir. Bu fotoşəkillər təsdiq edir ki, müxtəlif dinlərdən və millətlərdən olan insanlar Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar.
Sərginin açılış mərasimində 500-dən çox qonaq - rəsmi şəxslər, Rusiya Dövlət Dumasının deputatları, tanınmış incəsənət xadimləri, Rusiya ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin RF-də akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri iştirak ediblər.
Rza Deqatinin “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi aprelin 13-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

