Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir
04.04.2014 [09:02]
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Azərbaycan 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) ən fəal və təşəbbüskar üzvlərindən biridir. Son illər IAACA çərçivəsində əlaqələrimiz daha da inkişaf edib, Assosiasiyanın ötən il keçirilmiş ümumi yığıncağında Azərbaycanın ədliyyə naziri yenidən qurumun vitse-prezidenti seçilib.
Bu il aprelin 1-dən 3-dək Barselonada Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilib.
İclasın təntənəli açılış mərasimində İspaniyanın muxtar vilayəti olan Kataloniya Parlamentinin sədr əvəzi Luis Korominasi Dias, Assosiasiyanın prezidenti - Çinin baş prokuroru Çao Cianminq, İspaniyanın baş prokuroru Eduardo Torres Dulse və digər rəsmi şəxslər çıxış ediblər.
İclasda mühüm təşkilati məsələlərin müzakirəsi, Assosiasiyanın gələcək fəaliyyəti və beynəlxalq əlaqələrinin gücləndirilməsi, antikorrupsiya qurumlarının səmərəliliyinin artırılması, təlimlərin və maarifləndirmə tədbirlərinin təşkili kimi məsələlər müzakirə olunub, habelə korrupsiyaya qarşı qabaqcıl mübarizə üsullarına dair təcrübə mübadiləsi aparılıb.
Assosiasiyanın vitse-prezidenti, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov iclasda çıxış edərək IAACA-nın mühüm rolunu və onun fəaliyyətinə ölkəmizin dəstəyini vurğulayıb, respublikamızda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı qəti mübarizənin aparılması barədə məlumat verib. Eyni zamanda, Assosiasiyanın rəhbərliyi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda keçirilməsi nəzərdə tutulan beynəlxalq antikorrupsiya konfransına dəvət olunub.
Konfrans çərçivəsində İspaniyanın baş prokuroru, Kataloniyanın ədliyyə naziri, habelə digər ölkələrin hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilib, əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

