BMT-nin baş katibi Azərbaycana dəvət edilib
28.03.2014 [09:04]
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ABŞ-a səfəri çərçivəsində BMT-nin baş katibinin müavini Yan Eliasson ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir cari il oktyabrın 28-dən 30-dək Bakıda keçiriləcək ilk “Gənclər siyasəti üzrə Qlobal Forum”a BMT-nin baş katibi Pan Gi Munun dəvət olunmasına dair rəsmi məktubu Y.Eliassona təqdim edib.
Səfər çərçivəsində BMT-nin baş katibinin ictimai əlaqələr və məlumat üzrə müavini Piter Launski-Tieffenthalla görüşən Azad Rəhimov ona Azərbaycan hökumətinin gənclər siyasəti haqda məlumat verib və bu modelin digər ölkələr üçün də örnək ola biləcəyini qeyd edib.
Görüşdə Azərbaycanın BMT-nin müxtəlif qurumları, o cümlədən beynəlxalq qurumun baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi ilə apardığı əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilib.
“Gənclər siyasəti üzrə Qlobal Forum”la bağlı hazırlıq görüşündə də iştirak edən nazir Forumun əhəmiyyətindən söz açaraq deyib: “Azərbaycanın gənclər siyasəti sahəsində böyük təcrübəsini və uğurlarını nəzərə alsaq, gənclər siyasəti tarixində ilk dəfə olaraq keçiriləcək və dünya gənclər siyasəti ekspertlərini bir araya gətirəcək Qlobal Foruma məhz ölkəmizin ev sahibliyi etməsi təsadüfi deyil”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə Foruma hazırlıq istiqamətində görülmüş işlərdən söz açaraq, bu mötəbər tədbirin Bakıda yüksək səviyyədə keçirilməsi üçün bütün şəraitin yaradıldığını qeyd edib.
Tədbirdə, həmçinin BMT baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi, BMT-nin ictimai məlumat şöbəsi və Avropa Şurasının nümayəndələri Maher Nasser və Rui Gomes də çıxış ediblər.
Azərbaycan hökumətinin gənclər siyasətinə yetirdiyi diqqəti xüsusi vurğulayan natiqlər, Foruma ev sahibliyi etmək təklifini dəstəklədiyi üçün ölkəmizə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bu, “Gənclər siyasəti üzrə Qlobal Forum”la bağlı ikinci hazırlıq görüşüdür. İlk görüş 2013-cü ilinin noyabrında Fransanın Strasburq şəhərində keçirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

