/ / “Caspian European Club” “Caspian Energy Integration Award – 2014” mükafatının sayca onuncu təqdimat mərasimini keçirib
“Caspian European Club” “Caspian Energy Integration Award – 2014” mükafatının sayca onuncu təqdimat mərasimini keçirib
14.03.2014 [09:47]
Martın 12-də Bakıda “JW Marriott Absheron” otelində beynəlxalq “Caspian Energy Integration Award - 2014” mükafatının sayca onuncu yubiley təqdimat mərasimi keçirilib.
Bu barədə AzərTAc-a “Caspian European Club” və Caspian Energy International Media Group”dan məlumat verilib.
Mərasimin tərəfdaşları “Azərbaycan Dəmir Yolları” QSC, “Bank Technique” ASC və “SOCAR FUGRO LLC” müştərək müəssisəsidir.
Beynəlxalq “Caspian Energy Integration Award” mükafatı dünyanın 50 ölkəsində internet vasitəsilə keçirilmiş sorğunun nəticələrinə əsasən son bir ildə Xəzər dənizi-Qara dəniz və Baltik regionlarında qazanılmış nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət şirkətlərinin və özəl şirkətlərin rəhbərlərinə təqdim edilir.
Beynəlxalq “Caspian Energy Integration Award” mükafatı “Caspian European Club” və bu il 15 yaşını qeyd edən “Caspian Energy International Media Group”un dəstəyi ilə təqdim edilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması, Xəzərin enerji ehtiyatlarının işlənilməsinə Qərb şirkətlərinin cəlb edilməsi, Xəzər regionundan alternativ ixrac marşrutlarının və nəqliyyat-kommunikasiya xətlərinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi nəticəsində Cənubi Qafqaz ölkələrinin və bütövlükdə Xəzər dənizi və Qara dəniz regionunun geosiyasəti və iqtisadiyyatı faktiki olaraq tamamilə dəyişib. O vurğulayıb: “Tam əminliklə deyə bilərik ki, “Şahdəniz-2” layihəsi Avropanın enerji təhlükəsizliyinin təminatında yeni vəziyyət yaradacaq və tarixə XXI əsrin layihəsi kimi daxil olacaqdır. Azərbaycanın enerji siyasəti təkcə bu dövlətin strateji məqsədlərinin reallaşması deyil, həm də bizim region və bütün dünya üçün mühüm aspektdir”.
Əli Həsənov daha sonra deyib: “Biz energetika sahəsində informasiya layihələrinin inkişafını dəstəkləyir və “Caspian Energy” klubunu bu prosesin fəal iştirakçılarından biri hesab edirik”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə vurğulayıb ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya inteqrasiya proseslərinə qoşulması üçün çox böyük imkanlar yaradıb.
Ziyad Səmədzadə deyib: “İri xarici sərmayədarlarla müqavilə imzalanması, müvafiq qanunvericiliyin qəbul edilməsi, investisiya mühitinin yaxşılaşdırılması və normativ-hüquqi baza yaradılması üzrə tədbirlər gənc suveren dövlətin səmərəli fəaliyyəti üçün müsbət nəticələr vermişdir. Bütövlükdə bir neçə boru kəmərinin tikintisi və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması milli mənafelərin müdafiəsi və ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün mühüm rol oynamışdır”.
O, “Caspian Energy” jurnalının kollektivini 15 illik yubiley münasibətilə təbrik edərək vurğulayıb ki, bu nəşr neft-qaz sahəsinin inkişafı barədə informasiyanı işgüzar dairələrin və dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov “Caspian Energy Integration Award - 2014” mükafatının təqdimat mərasiminin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, nominantlar arasında iqtisadiyyatın müxtəlif sektorlarını, o cümlədən İKT sektorunu da təmsil edən şirkətlər var. Bu, Azərbaycan üçün çox vacibdir, çünki İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının inkişafının prioritet istiqamətlərindən biridir. O, biznes-hakimiyyət dialoqunun tənzimlənməsində “Caspian European Club”un rolunu xüsusi vurğulayıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Süleyman Qasımov deyib ki, ARDNŞ “Caspian European Club”un işində fəal iştirak edir və bu klubla əməkdaşlığın səviyyəsindən razıdır. O bildirib ki, bu klub biznes-hakimiyyət dialoqunu nizamlamağa nail olub. Bu isə iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaradır.
Süleyman Qasımov deyib: “Biz fəxr edirik ki, Azərbaycan neftçilərinin beynəlxalq səviyyəli, bizim nailiyyətlərimizi işıqlandıran və imkanlarımızı əks etdirən jurnalı vardır”.
Latviyanın Azərbaycandakı səfiri Xardi Baumanis vurğulayıb ki, Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Səfir “Caspian Energy” jurnalını 15 illik yubileyi münasibətilə təbrik edərək deyib: “Biz strateji tərəfdaşlığımızı dərinləşdirmək üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik”.
“Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev “Caspian Energy Integration Award - 2014” mükafatının təqdimat mərasimində çıxış edərək deyib: “Caspian European Club” 2002-ci ilin iyun ayında “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər dənizi-Qara dəniz regionunda işləyən ən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb”.
Telman Əliyev qeyd edib ki, bu gün klubun sıralarında dünyanın 50 ölkəsini təmsil edən 500-dən çox şirkət və təşkilat var.
T.Əliyev deyib: “Bu il Azərbaycan və bütün region üçün əlamətdar ildir. Bu il Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycan ilə xarici neft şirkətləri arasında “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi qeyd ediləcəkdir. “Əsrin müqaviləsi” çərçivəsində əldə edilən neft gəlirlərinin qeyri-neft sektorunun inkişafı üçün cəlb edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin əsas iqtisadi strategiyası olmuşdur”.
Baş icraçı direktor bildirib ki, bu il həm də “Caspian Energy” kollektivinin peşəkar fəaliyyətinin 20 illiyi qeyd edilir. 15 il bundan əvvəl yaradılmış bu jurnal Azərbaycanın neft-qaz strategiyasını bütün dünyada işıqlandırmağa xidmət edir.
Telman Əliyev vurğulayıb: “Məhz klubun sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində “Caspian European Club” bu gün Xəzər dənizi-Qara dəniz və Baltik regionlarında fəaliyyət göstərən ən iri və nüfuzlu beynəlxalq təşkilatlardan birinə çevrilmişdir”.
Telman Əliyev çıxışının sonunda uzun illər boyu bu klubun fəaliyyətini dəstəkləmiş və onunla səmərəli əməkdaşlıq etmiş dövlət strukturlarının, şirkətlərin və təşkilatların rəhbərlərinə təşəkkür edib, bütün nominantları qələbə münasibətilə təbrik edərək onlara öz fəaliyyətində yeni uğurlar arzulayıb.
Beləliklə, ayrı-ayrı nominasiyalar üzrə mükafatın qalibləri aşağıdakılardır:
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov - Beynəlxalq arenada Azərbaycanın mövqelərinin möhkəmlənməsinə xüsusi töhfəsinə görə;
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə - ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfəyə görə;
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov - neft-qaz sənayesinin inkişafına verdiyi töhfəyə görə;
Latviyanın Azərbaycandakı səfiri Xardi Baumanis - Azərbaycan-Latviya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə;
“Bank Technique” ASC - ilin bankı;
“SOCAR-FUGRO LLC” BM - geofiziki, geotexniki xidmətlərin göstərilməsi, həmçinin sualtı tədqiqat və sualtı tikinti xidmətləri üzrə ilin şirkəti;
“Azərbaycan Dəmir Yolları” QSC - ilin dəmir yolu şirkəti;
“Azərsu” ASC - su təsərrüfatının genişmiqyaslı inkişafına görə;
“Bakı taksi” MMC - nəqliyyat xidmətləri sahəsində əldə olunan nailiyyətlərə görə;
“AXA MBASK” sığorta şirkəti ASC - yüksək keyfiyyətli xidmətə görə ilin şirkəti;
“Atropatena” QSC - qeyri-neft sektorunun inkişafındakı nailiyyətlərinə görə;
“İdeal-Dizayn” ofis mebeli şirkəti - ilin ofis mebeli şirkəti;
R.İ.S.K. Elm-İstehsalat Birliyi - ilin ən yaxşı informasiya texnologiyaları sistem inteqratoru;
“DELTA TELECOM” LTD - ilin informasiya texnologiyaları və telekommunikasiya şirkəti;
“Bakcell” Ltd - ilin mobil operatoru;
ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi - regionların qazlaşdırılmasına görə;
“Neftqaztikinti” Tresti - neft və qaz sektorunda ilin tikinti şirkəti;
“Global Energy Azerbaijan” - ilin quruda əməliyyatlar üzrə neft şirkəti;
“Azpetrol” Ltd - ilin yanacaqdoldurma məntəqələri şəbəkəsi;
“Cross Caspian Oil and Gas Logistics” LLC - ilin neft və neft məhsullarının nəqli şirkəti;
“ASE ASIA AFRIKA HIZLI CARGO” A.Ş. - Qara dəniz regionunda ilin nəqliyyat şirkəti;
“ITECA CASPIAN” LLC - ilin sərgi təşkilatçısı şirkəti,
“ORLI” - tədbirlərin təşkili üzrə ilin şirkəti.
Mərasim konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

