Azərbaycan Avroatlantik məkana uğurla inteqrasiya olunur
13.03.2014 [14:41]
Ölkəmizlə qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir
Müasir beynəlxalq münasibətlər sisteminin suveren və nüfuzlu aktoru olan Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avroatlantik məkana inteqrasiya təşkil edir. Dövlətimiz məhz bu cür paritet inteqrasiyanın fonunda Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir. Məhz bu cür münasibətlərdən birini də Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri təşkil edir.
Ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Məhz bu cür qarşılıqlı etimad mühiti və dərin əməkdaşlığın fonunda Aİ Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət kursunu təqdir etməkdədir.
Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin mütəmadi inkişaf tendensiyasına malik olmasını özündə əks etdirən başlıca göstəricilər isə tərəflər arasındakı əlaqələrin ötən zaman kəsiyindəki dinamikasıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin legitim əsasları 1996-cı ilin aprel ayında imzalanan və 1999-cu il 1 iyul tarixində tərəflərin qanunvericilik orqanlarında ratifikasiya olunan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Bəhs olunan Saziş Azərbaycanla Avropa İttifaqı və onun üzv dövlətləri arasında ticarət, investisiya, iqtisadi qanunvericilik və mədəni əməkdaşlıq, həmçinin, immiqrasiya və illeqal ticarətin qarşısının alınması sahələrində hüquqi sənəddir. Bu saziş Azərbaycanın dünya iqtisadiyyatına öz milli maraqları əsasında uğurla inteqrasiya olunmasına mühüm töhfələr verib. Elə saziş çərçivəsində əməkdaşlığın strateji məqsədi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının təmin olunması və ölkədə paritet əsasda fəaliyyət göstərən xarici və daxili iqtisadi operatorlar vasitəsilə açıq, bazar əsaslı leqal iqtisadiyyatın yaranmasını təmin etməkdir. Ötən müddət ərzində həyata keçirilən əməkdaşlıq siyasəti özünün səmərəli nəticələrini verməklə yanaşı, yeni işbirliyi platformalarının da yaranmasını şərtləndirib. Başqa sözlə, münasibətlər hazırkı inkişaf mərhələsinə çatıb. Qeyd etmək lazımdır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması Avropa Yeni Qonşuluq Siyasəti ilə mümkün olub. Bu məqamda qeyd etmək lazımdır ki, Avropa Yeni Qonşuluq Siyasətinin əsas mexanizmini ikitərəfli qaydada razılaşdırılan Fəaliyyət Planı təşkil edir. Bu planın uğurlu icrası nəticəsində Azərbaycanla İttifaq arasındakı münasibətlər öz əhatə dairəsini genişləndirib.
Avropa İttifaqı hazırda Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu istiqamətdə müxtəlif sazişlər imzalanır, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılır. Bu kontekstdə son olaraq imzalanan sazişlər tərəflərin əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını göstərir. Məlum olduğu kimi, ötən ilin noyabrın 29-da isə Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammiti keçirilib. Sammit çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalanıb. Bundan başqa, bir müddət öncə Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb.
Xüsusi vurğulamaq gərəkdir ki, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi ilk növbədə Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Ümumilikdə, müstəqil daxili və xarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Avropa İttifaqı üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, tərəflər arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Nəticə etibarilə, ekspertlər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər. Perspektivdə isə yeni əməkdaşlıq platformalarının müəyyənləşdiriləcəyini və münasibətlərin əhatə dairəsinin daha da genişlənəcəyini söyləmək olar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52

