Milli Təhlükəsizlik Nazirliyinin Ordubad rayon şöbəsinin inzibati binası istifadəyə verilib
12.03.2014 [09:41]
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə milli təhlükəsizlik orqanları sürətli inkişaf və təşkilatlanma yolu keçərək dövlətçilik ənənələrinin qorunması kimi müqəddəs amallar uğrunda aparılan mübarizənin daim ön sıralarında olub. Son illər Naxçıvan Muxtar Respublikasında da milli təhlükəsizlik orqanları əməkdaşları üçün nümunəvi iş şəraitinin yaradılması və xidmətin keyfiyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq martın 11-də Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
Muxtar respublikanın milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.
Ali Məclisin Sədri zabitləri salamlayıb, rəmzi açılışı bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Milli Təhlükəsizlik Nazirliyinin Ordubad rayon şöbəsinin yeni inzibati binasının Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının 95 illiyi ərəfəsində istifadəyə verildiyini bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: “Ölkəmizdə müxtəlif sahələr üzrə dövlət strukturları yaradılmış, onların fəaliyyətinin təşkil olunması məqsədi ilə qanunlar, normativ aktlar və əsasnamələr təsdiq olunmuşdur. Bu cür dövlət qurumlarından biri də Milli Təhlükəsizlik Nazirliyidir”.
Ali Məclisin Sədri kollektivə qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb, binada yaradılan şəraitlə tanış olub.
Onu da qeyd edək ki, Muxtar respublikada təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər “Muxtariyyət ili” olan 2014-cü ildə də davam etdirilir. Bu il Ordubad şəhər 3 nömrəli tam orta məktəbi üçün yeni bina inşa olunacaq. Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının mövcud vəziyyəti ilə maraqlanıb və tikinti aparılacaq əraziyə baxıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri martın 11-də Ordubad şəhərindəki XIV əsrə aid olan “Buzxana” memarlıq abidəsində də həyata keçirilməsi nəzərdə tutulan təmir-bərpa işlərinin layihəsinə baxıb.
Həmin gün Ali Məclisin Sədri Ordubad şəhərinin mərkəzindən keçən Dübəndi çayında aparılan sahilbərkitmə işləri ilə də tanış olub və Aşağı Əylis kəndinə gələrək, kənd tam orta məktəbinin yeni binasının layihəsinə baxıb.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

