/ / Qafqaz Müsəlmanları İdarəsinin sədri “İslam dünyası: problemlər və həllər” konfransında geniş məruzə ilə çıxış edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri “İslam dünyası: problemlər və həllər” konfransında geniş məruzə ilə çıxış edib
04.03.2014 [09:47]
Martın 2-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Aləmi Liqasının “İslam dünyası: problemlər və həllər” konfransında “İslam həmrəyliyi-günün aktual məsələsi” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AzərTAc-a bildiriblər ki, tədbirdə şeyxülislam Allahşükür Paşazadə ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin salamını və səmimi arzularını İki Müqəddəs Ocağın Xadimi Kral Abdullah bin Əbdüləziz Al Səuda, eləcə də konfransın iştirakçılarına və qardaş Səudiyyə Ərəbistanı xalqına çatdırıb.
QMİ-nin sədri öz adından və Qafqaz regionunun bütün müsəlmanları adından konfransa rəhbərlik edən İslam Aləmi Liqasının baş katibi Abdulla ət-Türkini də salamlayıb.
İslam dünyasının üzləşdiyi təhlükəli problemləri nəzərə alaraq, belə bir konfransın keçirilməsinin və onun mövzusunun islam birliyi və həmrəyliyi məsələsində çox böyük əhəmiyyət kəsb etdiyini söyləyən Allahşükür Paşazadə vurğulayıb ki, bu mötəbər tədbirə qatılmış din xadimləri və alimlər indiki çətin məqamda müsəlman ölkələri arasında birlik və həmrəyliyin qorunub-saxlanması və gücləndirilməsi ilə bağlı öz dəyərli fikirlərini bölüşəcəklər.
Natiq, həmçinin Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını və bunun nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, habelə ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində soyqırımı törədildiyini də diqqətə çatdırıb. Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox islam dövlətləri və təşkilatlarının ölkəmizin münaqişə ilə bağlı ədalətli mövqeyini dəstəklədiklərini və bu məsələdə onların Azərbaycan ilə həmrəy olduqlarını qeyd edərək, azərbaycanlı müsəlmanların bu dəstəyə görə qardaş islam ölkələrinə dərin təşəkkürünü çatdırıb.
Azərbaycanın islam həmrəyliyinə xalqımızın Ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində nail olduğunu deyən QMİ-nin sədri bu gün Prezident İlham Əliyevin dini və mənəvi dəyərlərə diqqət və qayğı göstərərək bu siyasəti uğurla davam etdirdiyini xüsusi vurğulayıb. O, ölkəmizdə məzhəb və təriqətlər arasında sıx münasibətlər və qarşılıqlı hörmətin mövcud olduğunu bildirib, bu ənənənin digər islam ölkələrində də olmasını arzulayıb.
Səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Türkiyənin dini işlər naziri Mehmet Görməz, Küveytin dini işlər naziri Nayef Məhəmməd əl-Acmi, İordaniyanın qazısı Əhməd Məhəmməd Həlil, Əlcəzairin dini işlər və vəqflər naziri Buadbulla Qulamulla, Sudanın İslama Dəvət Təşkilatı Qəyyumlar Şurasının sədri Abdulrəhman Məhəmməd Həsən və bir sıra digər rəsmi şəxslərlə də görüşlər keçirib.
Görüşlərdə Azərbaycan ilə bu ölkələr arasında dini-mənəvi, mədəni münasibətlərin möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev görüşlərdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

