Leyla Əliyeva: Azərbaycan xalqının ruhunu heç vaxt, heç kim heç nə ilə qıra bilməz
01.03.2014 [11:50]
Fevralın 27-də Moskvada “AZIMUT Moscow Olympic Hotel” mehmanxanasında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mehmanxananın foyesində Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Uşaqlar və müharibə” mövzusunda rəsm sərgisində uşaq evləri yetirmələrinin əl işləri nümayiş etdirilib. Balaca rəssamların əsərlərində müharibəyə, şərə və ədalətsizliyə etiraz öz əksini tapıb. Monitorda Azərbaycanın Qarabağ regionunun müharibə zamanı dağıdılmış şəhər və kəndlərini əks etdirən kadrlar göstərilib.
Salona toplaşanlar soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva tədbirdə çıxış edərək deyib: “Bu gün biz “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün toplaşmışıq. Bu kampaniya 5 il əvvəl Moskvada start götürmüşdür. Kampaniyanın başlıca məqsədi 22 il əvvəl Azərbaycanın Xocalı şəhərində törədilmiş faciə haqqında həqiqi informasiyanı dünya ictimaiyyətinə çatdırmaqdır. Artıq 5 ildir ki, bu fevral günlərində dünyanın 70-dən çox ölkəsində müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri Xocalı faciəsinin qurbanları barədə haqq səslərini ucaldırlar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərini ələ keçirdilər və nəticədə 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, min nəfərdən çox insan şikəst oldu. Bu faciə Azərbaycan tarixində ən dəhşətli, qanlı və müdhiş səhifələrdən biridir. Əlbəttə, bu gün biz nə etsək də o günahsız adamları həyata qaytara, öz yaxınlarını itirmiş insanların dərdini yüngülləşdirə, hər bir azərbaycanlının ürəyindəki yaranı sağalda bilməyəcəyik. Lakin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu müddət ərzində böyük iş görülmüş və nəticələr əldə edilmişdir.
Mən son 5 ildə bu kampaniyanın başlıca layihələrindən və nailiyyətlərindən sizə danışmaq istərdim. Ötən 5 ildə dünyanın 70-dən çox ölkəsində hər il Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunur. Kampaniyanın saytı 5 dildədir. Bu gün “Xocalıya ədalət!” kampaniyasının çağırışı BMT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tribunalarından, dünyanın hər yerində universitetlərdə, gənclər klublarında, habelə məscidlərdə, kilsələrdə və sinaqoqlarda səslənir. Bu çağırış cavabsız qalmamışdır. Kampaniya nəticəsində 6 ölkənin və ABŞ-ın 14 ştatının parlamentləri Xocalı faciəsini soyqırımı aktı kimi tanımışdır. Bir neçə gün bundan əvvəl İƏT-in üzvü olan 53 ölkənin parlamentləri xüsusi qətnamə ilə təsdiq etmişlər ki, Xocalıda soyqırımı törədilmişdir. Bundan əvvəl İƏT-in üzvü olan 57 dövlətin başçıları tərəfindən analoji sənədlər qəbul olunmuşdur. Ankara, Sarayevo, Haaqa, Mexiko şəhərlərində Xocalı abidələri ucaldılmışdır. Keçən il iyulun 9-da - Srebrenitsa qurbanlarının milli matəm günündə Sarayevonun mərkəzində bütün gün ərzində işıqlandırılmış monitorda Xocalıya ədalət çağırışı səslənmişdir. Xocalı haqqında müntəzəm olaraq kitablar çap edilir, bukletlər, məlumatlar nəşr olunur, filmlər çəkilir. Bu filmlərdən birinin qəhrəmanı, helikopter pilotu Leonid Kravets bu gün bizimlədir. Mən 1992-ci ildə günahsız insanları xilas edərkən göstərdiyi cəsarətə, bu faciə haqqında bütün həqiqəti danışmaqla nümayiş etdirdiyi igidliyə görə ona “çox sağ olun” deyirəm.
Bu gün kampaniyamızın fəaliyyətinin yeni mərhələsi başlanır. Biz əldə etdiklərimizlə kifayətlənmək niyyətində deyilik, irəlidə hələ çox layihələrimiz və tədbirlərimiz vardır. İnanıram ki, dünyada Xocalı hadisələrini soyqırımı kimi tanıyan ölkələrin sayı ildən-ilə artacaqdır. Tezliklə isə dünya birliyi bu faciəyə ədalətli hüquqi və mənəvi qiymət verəcəkdir.
XXI əsrdə kütləvi qətllərə, qanlı qırğına və soyqırımına yer olmamalıdır. Bu gün Azərbaycan müxtəlif sahələrdə uğurları ilə bütün dünyanı heyran qoyan, iqtisadiyyat, idman, mədəniyyət, elm sahələrində dinamik inkişaf edən, abadlaşan güclü, müasir və müstəqil dövlətdir. Azərbaycan regionun lideridir. Zaman göstərmişdir ki, Azərbaycan xalqının ruhu qırılmamışdır. Çünki Azərbaycan xalqının ruhunu heç vaxt, heç kim heç nə ilə qıra bilməz. İnanıram ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, bütün qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına, doğma torpaqlarına qayıdacaqlar”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, son illər ölkəmiz Xocalı faciəsinə diqqəti təkcə Azərbaycanın dərdi kimi deyil, həm də beynəlxalq ədalətə çağırış kimi cəlb edə bilib və bu da respublikamızın dünyadakı mövqeyinin möhkəmlənməsinin növbəti təsdiqidir. Səfir “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı olan Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. “Xocalıya ədalət!” kampaniyasının məqsədyönlü fəaliyyəti sayəsində son bir neçə ildə bir çox beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul edib, bir sıra ölkələrdə Xocalıda törədilən hərbi cinayətlərin tanınması prosesi genişlənir.
Səfir sonda deyib: “Ümidvaram ki, nəhayət dünya Xocalının və xocalılıların harayını aydın eşidəcək, tarixin bu qara səhifəsindən ibrət dərsi götürəcək ki, gələcəkdə etnik təmizləmələrə və dinc əhaliyə divan tutulmasına yol verilməsin”.
P.Bülbüloğlu bildirib ki, gənclərin və gələcək nəsillərin Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarını unutmaması çox vacibdir.
Sonra Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Məmməd Əliyev, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Rusiyanın Yəhudi Dini İcmaları və Təşkilatları Konqresinin vitse-prezidenti Zinovi Koqan, 1992-ci ildə faciə yerindən videoçəkilişlərin aparıldığı helikopterin komandiri Leonid Kravets çıxışlarında bildiriblər ki, Xocalı faciəsi dünya tarixində ən qanlı soyqırımlarından biridir. Onlar Xocalı faciəsinin günahkarları barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.
Sonra “Cəhənnəmi görən pilot” sənədli filmi nümayiş etdirilib.
Tədbirin sonunda ehsan verilib.
Gecədə Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, siyasətçilər, Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

