/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Lesçenko ilə görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Lesçenko ilə görüş keçirilib
01.03.2014 [11:42]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Larisa Lesçenko ilə görüş keçirilib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov DB ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin işsiz və işaxtaran vətəndaşlara, eləcə də, əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsində, əmək hüquqlarının təminatına dövlət nəzarətinin maddi-texniki və institusional potensialının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Layihə çərçivəsində aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sisteminin yaradıldığını, İSCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartlarının hazırlandığını da qeyd edən nazir aparılan işlərin qeyd olunan sahələrdə fəaliyyətin müasir beynəlxalq standartlara cavab verən yanaşmalar əsasında qurulmasına imkanlar yaratdığını bildirib. S. Müslümov hazırda qabaqcıl dünya təcrübəsi əsasında əlil şəxslərin tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi, həmin vətəndaşlar üçün yeni reabilitasiya xidməti növlərinin tətbiq olunması, əlilliyin müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması işlərinə başlanıldığını vurğulayıb: “İnkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulması məqsədilə nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatlar həyata keçirilir. Nəzərdə tutulan institusional islahatların və qanunvericiliyin təkmilləşdirilməsinin daha bir nəticəsi kimi, əhaliyə xidmət sahələrində şəffaflığın təmin olunması tam reallaşacaq, göstərilən xidmətlər daha keyfiyyətli olacaqdır”.
Nazir qarşıdakı dövrdə əməkdaşlığın əhaliyə xidmət sektorlarında, o cümlədən, sosial yardım və əlillik təyinatı sahələrində şəffaflıq və ünvanlılığa xidmət edən və qabaqcıl dünya təcrübəsinə uyğun sivil metodların tətbiqi istiqamətində də davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Görüşdə layihənin icrası sahəsində mövcud vəziyyət nəzərdən keçirilib, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

