Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının 18-ci iclası keçirilib

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının 18-ci iclası keçirilib

25.02.2014 [09:40]

Bakıda Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının 18-ci iclası keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədovun, Gürcüstan tərəfdən Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin rəhbərliyi ilə keçirilən iclasda BTQ-nin Marabda-Kartsaxi hissəsinin inşası və yenidən qurulması, həmçinin beynəlxalq əhəmiyyətli bu layihənin tikintisi ilə bağlı mövcud işlərin gedişi və digər məsələlər ətraflı müzakirə edilib.
İclasda layihənin icrası məqsədi ilə Gürcüstan Hökuməti tərəfindən borcalan qismində yaradılan “Marabda-Kartsaxi dəmir yolu” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2013-cü ildə gördüyü işlərə və perspektiv planlara dair fikir mübadiləsi aparılıb, qurumun 2014-cü il üçün büdcəsi müzakirə olunub.
Sonda tərəflər arasında protokol imzalanıb.

Paylaş:
Baxılıb: 941 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31