/ / Dövlət İdarəçilik Akademiyasında “Xocalı soyqırımı: ədalət harayında” mövzusunda elmi-praktik konfrans keçirilib
Dövlət İdarəçilik Akademiyasında “Xocalı soyqırımı: ədalət harayında” mövzusunda elmi-praktik konfrans keçirilib
25.02.2014 [09:22]
Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı soyqırımı: ədalət harayında” mövzusunda elmi-praktik konfrans keçirilib.
DİA-dan AzərTAc-a bildiriblər ki, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfransı akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı törətmələrini, Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisinin müasir hərbi texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qalmasını, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsini, qocaların, qadınların, uşaqların, hətta körpələrin ən dəhşətli üsul və vasitələrlə qətlə yetirilmələrini, əhalinin əksəriyyətinin girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdiklərini xatırladıb. O, bu tarixi hər bir vətəndaşın, xüsusilə gənclərin yadda saxlamasını tövsiyə edərək, eyni zamanda, bu hadisələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini vurğulayıb.
Rektor qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olunub. O, diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlər artıq beynəlxalq ictimayyət tərəfindən tanınmaqdadır. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində bir çox səmərəli təbliğat işləri həyata keçirilməkdədir. Bu işlərin nəticəsidir ki, bir sıra ölkələrin parlamentləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınıb.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən, onların tarix boyu həyata keçirdikləri məkrli planlardan danışıb. O, diqqətə çatdırıb ki, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirdikləri artıq sübut olunub.
Daha sonra elmi-praktik konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə “Xocalı soyqırımı Ermənistanın total hücumunun nümunəsi kimi”, DİA-nın tarix kafedrasının müəllimi, tarix üzrə elmlər doktoru, professor Həvva Məmmədova “Xocalı soyqırımı - insanlığın faciəsi”, beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti Elçin Əhmədov “Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması” mövzularında məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

