/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə görüş keçirilib
20.02.2014 [09:09]
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) məşğulluq məsələləri üzrə baş mütəxəssisi Olqa Kulayeva və texniki məsələlər üzrə baş müşavir Mixayil Puçkin ilə görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə makroiqtisadi sabitliyin və vətəndaş firavanlığının təminatı, insan kapitalının inkişafı istiqamətində aparılan siyasət və əldə olunan nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib. Nazir bildirib ki, milli iqtisadiyyatın son 10 ildə 3 dəfədən çox artdığı Azərbaycanda 900 mini daimi olmaqla 1 milyon 200 mindən çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq təxminən 10 dəfə azalaraq 5,3 faizə enib: “Qarşıya qoyulan əsas məqsədlərdən biri də gənclərin potensial imkanlarından tam istifadə üçün lazımi şəraitin yaradılması, onların məşğulluğunun təmin edilməsi və müasir dövrün tələblərinə cavab verən çevik gənc kadr potensialının formalaşdırılmasıdır”.
Respublikada gənclərin məşğulluğunun, həmçinin, əmək bazarına daxil olan gənc işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin, peşə-ixtisas təhsili sistemi ilə əmək bazarı arasında uyğunluğun təmin olunmasının daim diqqətdə saxlanıldığını vurğulayan S.Müslümov gənclərin səmərəli məşğulluğunun təmin edilməsində və bütövlükdə gənclərin problemlərinin həllində hökumətin bütün vasitələrdən istifadə etdiyini qeyd edib. Nazir bildirib ki, bununla bağlı gənc mütəxəssisləri işlə təmin edən işəgötürənləri həvəsləndirmək üçün müvafiq vasitələrdən istifadə olunmaqla maliyyə və vergi güzəştlərinin tətbiqi mexanizminin yaradılması, təhsil sisteminin işəgötürənlərin iqtisadiyyatın inkişafı ilə bağlı artan tələblərinə uyğunlaşdırılması, təhsil müəssisələrində peşəyönümü işinin gücləndirilməsi, fasiləsiz təhsilin təmin edilməsi, gənclər üçün əmək yarmarkalarının və əmək birjalarının yaradılması və digər tədbirlərin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. S.Müslümov qeyd olunan sahədə aparılan fəal işlərin nəticəsi kimi, son illərdə Azərbaycanın dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb.
Görüşdə əhalinin, o cümlədən gənclərin məşğulluğunun təminatı sahəsində BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsindən söz açılıb. Qeyd olunub ki, ötən müddətdə Azərbaycan bu təşkilatın çoxsaylı Konvensiyalarına qoşulub, bu sənədlərdən irəli gələn müddəalar əsasında milli qanunvericiliyini mütərəqqi beynəlxalq standartlara uyğun təkmilləşdirib. Xüsusən də, ölkəmiz layiqli əməyin təminatı ilə bağlı əməkdaşlıqda BƏT üçün strateji önəm kəsb edən bir ölkəyə çevrilib.
Aparılan müzakirələr zamanı gənclərin məşğulluğunun təmin edilməsi sahəsində gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Eyni zamanda, ölkəmizlə BƏT arasında əməkdaşlığın davamı kimi, Azərbaycanda “MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” adlı Texniki Əməkdaşlıq layihəsinin həyata keçirilməsi, o cümlədən, qeyd olunan Layihənin icrası üzrə İş Planı, gənclərə yönəlmiş aktiv əmək bazarı proqramları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

