/ / Siyavuş Novruzov: Azərbaycan dövlətinə xidmət etməyi şantaj vasitəsi kimi qələmə vermək istəyənlər xarici kəşfiyyata işləyirlər
Siyavuş Novruzov: Azərbaycan dövlətinə xidmət etməyi şantaj vasitəsi kimi qələmə vermək istəyənlər xarici kəşfiyyata işləyirlər
15.02.2014 [11:04]
“Azərbaycan dövlətinə xidmət etməyi hansısa şantaj və yaxud böhtan vasitəsi kimi çirkin formada qələmə vermək istəyən adamlar varsa, o adamlar ayrı-ayrı dövlətlərin xarici kəşfiyyatına işləyirlər və onların təsir dairəsindədirlər”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov jurnalist Xədicə İsmayılovanın hazırladığı hesabata münasibət bildirərkən deyib.
S.Novruzovun sözlərinə görə, “kimsə hökumətə, dövlətə işləyir” fikri düzgün deyil: “Əslində, hamı hökumətə, dövlətə işləməlidir. Dövlətə, hökumətə işləmək millətə, xalqa xidmət etmək deməkdir. Qorxulusu başqa-başqa dövlətlərə, başqa-başqa dövlətlərin kəşfiyyat orqanlarına, erməni lobbisinə işləməkdir. Budur qəbahət, budur günah. Yəni, yanaşma tərzinin özü yanlışdır. İqtidara işləmək günah deyil. İqtidara işləmək xalqına işləmək deməkdir. İqtidar da bu gün Azərbaycan xalqına xidmət edir, Azərbaycan xalqının problemlərini həll edir, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə məşğul olur. Demək, dolayısı ilə bu adamlar bu işlə məşğul olursa, mən bunu təqdirəlayiq hesab edirəm”.
Yeri gəlmişkən, fevralın 14-də Milli Məclisdəki çıxışında S.Novruzov bəzi deputat həmkarlarını Əkrəm Əylislinin yolunu tutmaqda ittiham edib: “Bu yaxınlarda həmkarımız Fazil Mustafanın “Adamyeyənlər” hekayəsi çıxdı. Hekayədə Afrikadakı adamyeyənlərlə Azərbaycandakı vəziyyət müqayisə olunur. Azərbaycan xalqı təhqir olunur. Bununla Fazil Mustafa Əkrəm Əylislidən heç də geridə qalmır, bir çox deputatlar Ə.Əylisli ilə eyni mövqedədirlər. Çünki onunla oturub dururlar. İnsan necə kor ola bilər ki, Azərbaycandakı bu inkişafı görməsin?! Yazanda bu inkişafdan, görülən işlərdən də yazmaq lazımdır. Fazil Mustafa, axı səni narazı salan nədir?! Ölkədə bu qədər işlər görülür. Bunları necə görməmək olar? Həmin yazıda idmançıları hədəf götürürsən, qeyd edirsən ki, milli komandalarımızın əksəriyyəti legionerlərdən ibarətdir. Bu gün təriflədiyin Fransanın komandasını götürək. Əgər orada 2 nəfər ağ adamdan savayı ağdərili tapsan, mənə nə deyirsən, de. Hamısı başqa yerlərdən gələnlərdir. Və yaxud yolboyu divarların çəkilməsindən narazılığını bildirirsən. Bu, təkcə bizdə deyil, dünyanın hər yerində belədir. Bu insanların təhlükəsizliyinin təmin edilməsi üçün edilir. Burada nə var ki? Məktəbləri hədəfə götürürsən. İldən-ilə gözəlləşən, sayı artan məktəblərlə bağlı narazılığını bildirirsən. Fikrini də əsaslandırmaq üçün hansısa məktəbdə su şırnağının olmamasını bildirirsən”.
APA-nın məlumatına görə, S.Novruzov F.Mustafaya təklif də verib: “Fazil Mustafanın bir yolu var, o, bu mövqeyinə görə Azərbaycan xalqından üzr istəməlidir”.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

