Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sədaqət Vəliyeva: Korrupsiya kimi sosial bəlanı gələcək nəsillərə miras qoymamalıyıq

Sədaqət Vəliyeva: Korrupsiya kimi sosial bəlanı gələcək nəsillərə miras qoymamalıyıq

15.02.2014 [10:59]

“Bu, bir faktdır ki, bu gün Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə aparılmaqdadır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizminin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib: “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsi, müvafiq Dövlət Proqramının, milli fəaliyyət planının və digər sənədlərin təsdiq olunması ilə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm qanunvericilik bazası yaradılıb. Eyni zamanda, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, “ASAN xidmət”in formalaşdırılması, “Elektron Hökumət”, “elektron ödəmələr” proqramlarının tətbiqi əyani şəkildə göstərir ki, bu bəlanın aradan qaldırılması dövlətin prioritetləri sırasındadır. Lakin hələ ki bu tədbirlər dövlət tərəfindən reallaşdırılır və bu işdə cəmiyyətin, ictimaiyyətin rolu çox zəifdir. Buna baxmayaraq, artıq bu sahədə çox ciddi nəticələr əldə olunub. Bunu dünyada “şəffaflıq etalonu” kimi qələmə verilən Avropanın bir çox dövlətlərindəki vəziyyətlə müqayisə etdikdə də görürük. Elə Avropa İttifaqının (Aİ) bu regiondakı ölkələrin iqtisadiyyatındakı və sosial həyatındakı rüşvətxorluq və korrupsiya hallarının vəziyyətini əks etdirən hesabatına baxarkən, görürük ki, Avropa İttifaqına üzv olan 28 ölkə arasında ən çox korrupsiya faktı Yunanıstan, İtaliya və İspaniyada qeydə alınıb. Avropalıların 76 faizi hesab edir ki, ölkələrində korrupsiya geniş yayılıb. 50 faiz isə hesab edir ki, son üç ildə ölkələrində korrupsiyanın həddi artıb. Hər 20 avropalıdan biri korrupsiya faktının şəxsən iştirakçısı olduğunu deyir. Avropadakı 10 biznesmendən 4-ü isə hesab edir ki, rüşvət vermədən inkişaf etmək olmaz. Bununla belə, Avropa ölkələrindən Yunanıstanda, İtaliyada, İspaniyada, Fransada, Belçikada, Avstriyada, Britaniyada, Almaniyada və digər ölkələrdə korrupsiyanın səviyyəsi 60-90 faiz arasında dəyişir. Bütün bunların fonunda korrupsiyaya qarşı sərt mübarizə aparan Azərbaycanda isə antikorrupsiya tədbirlərinin geniş vüsət alması ölkəmizin şəffaflıq indekslərinin ilbəil yaxşılaşmasına səbəb olmaqdadır. Çünki, dövlət başçısı strateji hədəf kimi Azərbaycanın korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olması üçün zəruri tədbirlərin həyata keçirildiyini bəyan edib”.
Sədaqət Vəliyeva vurğulayıb ki, korrupsiya və məmur özbaşınalığı ilə mübarizədə ortada siyasi iradə var, sistemli islahatlar həyata keçirilir: “Dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin olunması və sosial bəlanın kökünün kəsilməsi üçün ictimai nəzarət mexanizminin stimullaşdırılması vacibdir. Artıq zaman vətəndaş cəmiyyətinindir, ictimaiyyətindir. Bu sektora aid bütün nümayəndələr mübarizə işində iştirak edən bütün tərəflərə yardım etməlidir. QHT-lər, ictimai birliklər, KİV və digər qurumlar vahid fəaliyyət formulu üzrə öz işlərini qurmalıdırlar və Azərbaycanı şəffaflıq baxımından ən nümunəvi ölkəyə çevirməliyik.
Bu işdə, həmçinin, bundan sonrakı məsuliyyət dövlət qulluqçularının, məmurların üzərinə düşür. Nə qədər dövlət qulluqçuları məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normalara uyğun tənzimlənməsinə çalışsa, Vətənə sədaqətlə xidmət etsə, xarici qüvvələrin təsirinə düşmək meyillərindən uzaq olsalar, o zaman dünyada bütün parametrlər üzrə nümunəvi bir məmləkət qurmuş olarıq. Düşüncəm ondan ibarətdir ki, biz bu gün üzərimizə düşən məsuliyyəti dərk etməli və korrupsiya kimi sosial bəlanı gələcək nəsillərə miras qoymamalıyıq”.

Paylaş:
Baxılıb: 911 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31