/ / Nizami rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib
Nizami rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib
14.02.2014 [09:08]
Tədbirdə, həmçinin, “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri də elan edilib
Fevralın 13-də Nizami rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş yığıncaq keçirilib.
AzərTAc xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binasının foyesindəki abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda ötən il rayonda aparılan quruculuq işlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə bildirilib ki, 2013-cü ildə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 424,2 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz çoxdur. Sənayedə istehsalın 34,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. Dövlət sektorunda 277,2 milyon manatlıq və ya ümumi istehsalın 65,3 faizi qədər məhsul istehsal edilib.
Ötən il rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 186,5 milyon manat həcmində investisiya yönəldilib ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 32,6 faiz artıq olub. Əsas kapitala yönəldilmiş investisiyaların 177,2 milyon manatı və ya 95 faizi dövlət, 9,3 milyon manatı və ya 5 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Adambaşına düşən investisiyaların həcmi il ərzində 97 manat olub.
Diqqətə çatdırılıb ki, 2013-cü ildə rayonda 1996 yeni iş yeri açılıb.
Yığıncaqda çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva rayonun sosial-mədəni həyatında gənclərin rolundan danışıb, onların bir çox dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak etdiklərini söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Flora Qasımova, Rasim Musabəyov və Rüfət Quliyev yığıncaqda çıxış edərək 2013-cü ildə respublikamızda ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə olunan uğurlar barədə danışıb, qarşıda duran vəzifələrə toxunub, tövsiyələrini veriblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli çıxış edərək Prezident İlham Əliyev tərəfindən mətbuata göstərilən qayğıdan və jurnalistlərin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Tədbirdə media ilə sıx əməkdaşlığına görə rayon icra hakimiyyətinin başçısı Tahir Budaqova KİVDF-nin xüsusi mükafatı təqdim edilib.
Qeyd olunub ki, ötən il noyabrın 9-da Nizami rayon İcra Hakimiyyəti və KİVDF tərəfindən “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilib. Müsabiqəyə 43 yazı verilib və jurnalistlərin 17-si mükafata layiq görülüblər.
Tədbirdə müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10

