Bakıda istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib
06.02.2014 [09:43]
Fevralın 5-də “Buta Palace”da 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan gəncliyindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyev daim gənclərə qayğı göstərib, onların kamil şəxsiyyət kimi yetişmələrinə xüsusi önəm verib. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk günlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb.
Qeyd edilib ki, zamanın yeniləşən çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti nəticəsində dövlətin gənclər siyasəti uğurla inkişaf edir, məzmunca zənginləşir və intensivləşir. Təxminən üç milyonluq gənclər kütləsinin mənəvi və fiziki sağlamlığı, vətəndaşlıq tərbiyəsi, yaradıcılığının dəstəklənməsi, məşğulluğu və digər məsələlər dövlətin qayğısı ilə əhatə olunub.
Nazir vurğulayıb ki, ölkənin qazandığı nailiyyətlər gənclərin fəaliyyətində davamını və inkişafını tapır. Keçən il Azərbaycanda ilk dəfə olaraq BMT-nin Təhlükəsizlik Şurasına üzv ölkələrdən 50-dək gəncin iştirakı ilə “Kibertəhlükəsizlik” mövzusunda “Model UN” simulyasiya oyunu keçirilib. 2013-cü ildə Gəncə ciddi rəqabət şəraitində 2016-cı il üçün Avropanın “Gənclər paytaxtı” seçilib. Ötən il Bakıda “Xəmsə” milli intellektual oyunu üzrə dünya çempionatı keçirilib və yarışda 12 ölkədən 100-dək oyunçu iştirak edib. Həmçinin yola saldığımız ildə Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Roma və Bakıda forumları keçirilib.
Azərbaycan gəncləri beynəlxalq münasibətlərin və mədəniyyətlərarası dialoqun aparılmasında da fəal iştirak edirlər. Bu, xüsusilə ölkə xaricində fəaliyyət göstərən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının çoxşaxəli işində öz əksini tapır.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, bu gün Azərbaycan vətəndaşı olmaq qürurverici və şərəflidir. Bu ölkənin gənc vətəndaşı olmaq isə ikiqat qürurvericidir. Hazırda dövlətimizin başçısının rəhbərliyi altında hər bir gənc Azərbaycanın həm bu gününü, həm də gələcəyini təmsil edir. Bu, kifayət qədər məsuliyyət və hər bir gəncdən gələcəyə hazır olmaq kimi yüksək vətəndaşlıq keyfiyyətlərinə malik olmağı tələb edir.
Ölkə gəncliyinin dövlətin qayğısı ilə əhatə olunduğunu deyən Əli Əhmədov Azərbaycan Gəncləri Gününün ölkəmizdə qeyd olunmasının təməlinin məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, Ümummilli lider tərəfindən həyata keçirilən gənclər siyasəti hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə gəncliyi də öz növbəsində dövlətin qayğısına adekvat cavab verərək özünü Azərbaycanın gələcəyinə hazırlayır. Gənclərimiz yaradılmış imkanlardan istifadə edərək ən müasir biliklərə yiyələnir, dünyagörüşünə sahib olur, müstəqil Azərbaycanın layiqli vətəndaşı kimi formalaşırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. O, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin yüksəldilməsinə olduqca müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
Sonra gənclər üçün Prezident mükafatına layiq görülmüş, dövlət gənclər siyasətinin əsas istiqamətləri kimi həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərmiş şəxslər Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” ilə təltif olunublar.
Daha sonra 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” elan olunub. www.genclerpaytaxti.az saytında keçirilmiş səsvermənin nəticəsinə əsasən, Quba 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev şəhərin rəmzi açarını Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayevə təqdim edib.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09

