/ / Tokionun “Minato UNESCO” qeyri-hökumət təşkilatında Azərbaycana həsr edilmiş təqdimat maraqla qarşılanıb
Tokionun “Minato UNESCO” qeyri-hökumət təşkilatında Azərbaycana həsr edilmiş təqdimat maraqla qarşılanıb
06.02.2014 [09:32]
Azərbaycanın Yaponiyadakı səfiri G.İsmayılzadə Tokionun “Minato UNESCO” qeyri-hökumət təşkilatında ölkəmizə həsr edilmiş təqdimatla çıxış edib.
Bu təşkilat Yaponiyada mədəniyyətlərarası dialoq ilə bağlı seminarlar və beynəlxalq simpoziumlar keçirir. G.İsmayılzadə təşkilatda çıxış edən ilk əcnəbi səfir olub.
Tədbirdə işgüzar dairələrin təmsilçiləri, bir sıra universitetlərin professor və tələbə heyəti, Tokio ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə “Minato UNESCO” təşkilatının direktoru xanım Yoşiko Naqato çıxış edərək, Azərbaycan haqqında təqdimata görə minnətdarlığını bildirib, ölkəmiz barədə həqiqətlərin öyrənilməsinə imkan yaratdığına görə səfirə dərin təşəkkürünü çatdırıb.
Azərbaycan haqqında təqdimatla çıxış edən səfir təbdir iştirakçılarını 2020-ci il Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi münasibətilə təbrik edib. Səfir 2020-ci il Yay Olimpiya Oyunlarının keçiriləcəyi namizəd şəhərlər siyahısında Azərbaycan paytaxtı Bakının da olduğu barədə məlumat verib, 2015-ci ildə ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb. Bundan əlavə, səfir UNESCO-nun Bakıda keçirilmiş beynəlxalq konfransı zamanı yapon mətbəxi “Vaşoko”nun UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına salınması münasibətilə də təbriklərini çatdırıb.
Təqdimatda Azərbaycan rəhbərliyi tərəfindən atılmış addımlar nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilib. Azərbaycanın dövlət atributları, coğrafi mövqeyi, təbiəti, əhalisi, iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən və gələcəkdə reallaşdırılacaq müxtəlif layihələr, son illərdə əldə olunmuş nailiyyətlər barədə ətraflı danışılıb. Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol xüsusi qeyd olunub. Səfir ölkəmizdə turizmin inkişafı üçün həyata keçirilən müxtəlif tədbirlər barədə də ətraflı məlumat verib.
Daha sonra Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verilib. G.İsmayılzadə Azərbaycan ilə UNESCO arasında hərtərəfli səmərəli əlaqələrin inkişafında Mehriban Əliyevanın xidmətlərini qeyd edərək, onun Azərbaycanın mədəni irsinin və xalqımızın adət-ənənələrinin dünyada təbliğinə xüsusi diqqət yetirdiyini və mədəniyyət nümunələrinin mühafizəsi və milli dəyərlərin qorunması istiqamətində səylərini xüsusilə qeyd edib.
Ənənəvi musiqi, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyü haqqında məlumat verilib.
Azərbaycan muğamının, xalçasının, aşıq, tar ifaçılığı sənətinin, Novruz bayramının, Çovqan oyununun UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilməsi barədə danışılıb. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğunun da UNESCO-nun Dünya İrsi Siyahısına salındığı haqda məlumat verilib. Səfirliyin təşəbbüsü ilə yapon dilində nəşr edilən “İRS” jurnalının dördüncü buraxılışında Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında məqaləsinin dərc edildiyini bildirən səfir məqalədə muğam sənətinin, Azərbaycan muğam məktəbinin və onun görkəmli nümayəndələri, Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında geniş məlumat verildiyini diqqətə çatdırıb. Jurnalın nüsxələri tədbir iştirakçılarına paylanılıb.
Bildirilib ki, Mehriban Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Tədbirdə, eyni zamanda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələr haqqında geniş danışılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırkı durumu, münaqişənin həllində ölkəmizin tutduğu ədalətli mövqe barədə də iştirakçılara ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, mətbəxini və turizm potensialını əks etdirən slaydlar və videoçarx nümayiş etdirilib.
Sonda səfir G.İsmayılzadə tədbir iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

