/ / ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçirilib
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçirilib
25.06.2026 [13:56]
İyunun 24-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Konqres binasında (Kapitol Hill) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
BTQ-dən APA-ya verilən məlumata görə, konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və Qərbi Azərbaycan kökənlı həmvətənlərimiz iştirak edib.
Konfrans iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının nümunəsində fundamental hüquqlarının – öz tarixi torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılmasının vacibliyini vurğulayıblar.
Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi və bu xüsusda qeyd olunan pozuntuların beynəlxalq təşkilatlar tərəfindən yerində araşdırılması və sənədləşdirilməsi tələb olunub.
Tədbiri ABŞ-də fəaliyyət göstərən erməni mediasının nümayəndələri, o cümlədən Amerika Erməni Milli Komitəsinin (ANCA) təmsilçiləri də zaldan izləyiblər. Lakin tədbirin gedişi zamanı hər hansı insident qeydə alınmayıb. Konfransda çıxış edən ABŞ-də yaşayan Qərbi Azərbaycan əsilli həmvətənlərimiz öz şəxsi hekayələrini və qaçqınlıq təcrübələrini bölüşərək, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların yaşadığı humanitar faciəni təqdim ediblər. Zikh icmasının nümayəndələri isə təhlükəsiz, könüllü və ləyaqətli qayıdış hüququnun yalnız humanitar məsələ deyil, həm də fundamental insan hüququ və tarixi ədalətin bərpası məsələsi olduğunu vurğulayıblar. Eyni zamanda, tədbirdə ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Cammal və “Our Sister Our Brother” təşkilatının təsisçisi və baş icraçı direktoru Metyu Stevart çıxış edərək, etnik zəmində ayrı-seçkiliyin, məcburi didərginliyin və hüquq pozuntularının yolverilməzliyini qeyd etmiş, didərgin salınmış icmaların hüquqlarının müdafiəsi, onların səsinin beynəlxalq platformalarda eşidilməsi və beynəlxalq həmrəyliyin gücləndirilməsinə diqqət çəkiblər.
Tədbirin sonunda konfrans iştirakçıları tərəfindən ABŞ Konqresinin üzvlərinə ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə qayıdış hüququnun və xalqların öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ardıcıl, ədalətli və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsinin zəruriliyi vurğulanır. Sənəddə Qərbi azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququna beynəlxalq dəstəyin göstərilməsi, onların əmlak hüquqlarının bərpası və mədəni irsinin qorunmasının vacibliyi qeyd edilir. Bununla yanaşı, müraciətdə Zikh icmasının və Niderland müstəmləkəçiliyi altında olmuş ərazilərin xalqlarının hüquqları ilə bağlı narahatlıqlar da əksini tapır, bu məsələlərin ABŞ Konqresi diqqətə alınmasına çağırış olunur. Müraciətdə qayıdış hüququ, öz müqəddəratını təyinetmə və universal insan hüquqlarının selektiv yanaşmalardan kənar, vahid və prinsipial əsaslarla müdafiəsinin vacibliyi vurğulanır.
Qeyd olunub ki, konqresdə keçirilən bu tədbir azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair həqiqətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması işinə mühüm töhfə kimi qiymətləndirilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Dünya
10 Oktyabr 16:22
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22

